Bu günki AzadlıqLive-da:
Eks-diplomat Anar Həsənov İN-də baş verənlərdən danışır
1000 manata da yolka olar?
31 dekabrda əfv gözlənilir. Kimlər olacaq?
Putinin kürəkəni
Rusiyanın “RBK” media holdinqi prezident Vladimir Putinin kürəkəni olduğu iddia edilən 33 yaşlı iş adamı Kiril Shamalovun işini araşdırıb.
Reuters agentliyinin məlumatına görə, o Putinin qızı Katerina Tikhinovanın həyat yoldaşıdır.
Shamalovla Tikhinovanın holdinqlərdə 2 milyard dollaradək payları olduğu və bunun əsas hissəsinin “Sibur” şirkətinin aksiyalarında olduğu bildirilir.
“RBK-nın məlumatına görə, Shamalov 2008-ci ildə 26 yaşında “Sibur” holdinqinin vitse-prezidenti olub,
2014-cü ildə holdinqin aksiyalarını alıb.
O bu işdə atasının ona kömək eləməsi barədə iddiaları rədd edir.
"Polis nə axtarır, bilmirik"
“Onlar evdə namaz qılanda öldürülüblər. O ölüm şəraiti həmin şəxslərin terrorçu olduğunu göstərmir, axı." - Nardaran ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna müsahibəsində kənddəki son durumdan danışıb:
- Polis tək bu gün yox, hər gün kənddə axtarış aparır. Axtariş aparmadığı gün var? Polisin “voronok”ları gəlir, itləri buraxır, hər gün nəsə axtarırlar. Nə axtarırlar, bilmirik. Ancaq axtarışlardan sonra protokol tərtib olunmur. Mənim bildiyimə görə, şahidlərin, bələdiyyənin, icra nümayəndəsinin iştirakı ilə mütləq protokol tərtib olunmalıdır və nəticə orda qeyd edilməlidir.
"Prezident Administrasiyası əməkdaşının zəngindən sonra, Kanberrada küçədə qaldı"
2015-ci ilin iyulunda Azərbaycanın Avstraliyadakı səfirliyində, öz dediyi kimi, korrupsiyadan Prezident Administrasiyasına, Ombudsman aparatına məlumat göndərən və bundan sonra Xarici İşlər Nazirliyinin diplomatik xidmətdən geri çağırdığı Anar Həsənov dekabrın 17-də müraciət yayıb.
Bu müraciətlə bağlı Azadlıq Radiosunun suallarını cavablandıran Anar Həsənov deyir ki, korrupsiya haqda məlumatını Azərbaycanın azı 6 dövlət qurumuna göndərmişdi. Ancaq onlardan cavab gəlmədi. “Ombudsman aparatı poçtalyonluq elədi, məlumatı XİN-ə göndərdi”.
“Prezident administrasiyasından isə ona zəng oldu və həmin zəngdən sonra Avstraliyanın Kanberra şəhərində gecəyarı mənzilindən çıxarıldı , faktiki küçədə qaldı.”
Anar Həsənovun fikrincə, onda olan təəssürata görə, məlumatın gedib, prezidentə çıxması da yolda “blok olunur”.
O birbaşa prezidentə müraciət etməyə cəhd edibmi?
Ümumiyyətlə, xaricdə işləyən Azərbaycan diplomatları qalmaqalları sual doğurur ki, XİN-də nə baş verir?
Anar Həsənovun cavabları
XİN isə öz növbəsində bildirir ki, Anar Həsənov səfirlikdə işlədiyi müddətdə diplomatik xidmət haqda qanunu, XİN əsasnaməsini , əmək müqaviləsini kobud şəkildə pozurmuş, ciddi xidməti qüsurlara yol verirmiş.