17 il həbs cəzası alan Azərbaycana verilir
2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Egor Sherbakov-u qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılır.
Bu haqda modern.az saytına Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib.
O deyib ki, hazırda oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır: «Mübariz Qurbanlı sağ olsun, məni yaxşı qarşıladı. Ərizə verdik, hazırda sənədlər hazırlanır. Mübariz müəllim əvvəldən Orxanın Azərbaycana qaytarılması üçün kömək edəcəklərini demişdi. İndi vədinə əməl edir. Sağ olsunlar».
Honq-Konq limanında 10-dan çox gəmi yanıb
BMT-də Poroshenko-Rusiya qalmaqalı
Ukrayna prezidenti Petro Poroshenkonun BMT Baş Məclisində çıxışı zamanı etiraz olaraq Rusiya diplomatik heyəti zalı tərk edib.Rusiya heyətindən yalnız bir diplomat qalıb.
Zalı tərk edənlər arasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Churkin də olub. Rus diplomatların TASS agentliyinə bildirdiyinə görə, Poroshenko Rusiyaya qarşı "aqressiv və siyasiləşmiş" çıxış edib.
Vətəndaşlıqdan çıxma,bərpa qaydaları dəyişir
Azərbaycan vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir, yeni səlahiyyətlər müəyyənləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklər təklif edilir. Layihədə nə deyilir?