Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Vətəndaşlıqdan çıxma qaydaları: texniki düzəliş


Pasport.
Pasport.

-

Sentyabrın 30-da Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişiklər müzakirə edəcək.

Bu haqda APA-ya Milli Məclisdən məlumat veriblər.

Ölkə prezidenti «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna aşağıdakı əlavə və dəyişiklikləri təklif edir.

Qanunun 15-ci (vətəndaşlığa bərpa) və 17-ci (vətəndaşlıqdan çıxma) maddələrinə belə bir bənd əlavə olunur:

«Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur». Konstitusiyanın həmin bəndində deyilir ki, ölkə prezidenti «vətəndaşlıq məsələlərini həll edir».

Təklif olunan dəyişiklərdən biri də 16-cı maddə ilə bağlıdır. 16-cı maddənin ikinci bəndinin («Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində») ümumiyyətlə ləğvi təklif olunur.

Sonuncu təklif qanunun 18-ci maddəsinədir. “Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi” adlı maddəyə belə bir cümlə əlavə olunur:

“Məhkəmənin verdiyi qərarla itirilməsi qaydaları”.

Hüquqşünas Müzəffər Baxış deyir ki, təklif olunun əlavə və dəyişiklikləri texniki xarakterlidir:

“15-ci və 17-ci maddədə vətəndaşlığa bərpa və çıxarılmanın prezidentin səlahiyyətində olduğu qeyd olunur. 16-cı maddənin 2-ci bəndində yazılanlar isə bu qanuna edilən sonuncu dəyişmələrdən sonra lazımsız idi. O ki, qaldı 18-ci maddəyə olunan əlavə mətndən aydın olmur ki, söhbət hansı məhkəmə qərarlarından gedir. Yəqinki plenar iclasda bu da məlum olar”.

Azərbaycan Parlamenti 2014-cü ilin mayında “Vətəndaşlıq haqda qanun”un 18-ci maddəsinə aşağıdakı dəyişikliyi etmişdi:

“Xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında çalışanlar, silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət edənlər Azərbaycan vətəndaşlığını itirir”.

XS
SM
MD
LG