Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 10:52

Orxan Zeynalov Azərbaycana verilir


Orxan Zeynalov

-

2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Egor Sherbakov-u qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılır.

Bu haqda modern.az saytına Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib.

O deyib ki, hazırda oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır: «Mübariz Qurbanlı sağ olsun, məni yaxşı qarşıladı. Ərizə verdik, hazırda sənədlər hazırlanır. Mübariz müəllim əvvəldən Orxanın Azərbaycana qaytarılması üçün kömək edəcəklərini demişdi. İndi vədinə əməl edir. Sağ olsunlar».

Zahid Zeynalov həbsdə olan oğluna baş çəkdiyini də bildirib: «Ona baş çəkdim, səhhəti də, saxlanma şəraiti də normaldır».

XS
SM
MD
LG