Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:10

Qazaxıstanın səfiri nazirliyə çağırılıb, nota verilib


Xəzər dəniçində balıqçı, arxiv foto

Mayın 2-də Azərbaycanın Qazaxıstana nota verdiyi bildirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat yayılıb.

Verilən məlumata görə, bu gün, mayın 2-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu nazir müavini Xələf Xələfov Xarici İşlər Nazirliyinə dəvət edib.

Bildirildiyinə görə, nazir müavini aprelin 30-da Xəzər dənizində Qazaxıstan Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının Azərbaycan vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi (nəticədə bir nəfərin öldüyü və iki nəfərin yaralandığı bildirilir) ilə bağlı ölkəsinin narahatlığını bildirib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq notasının səfirə təqdim edildiyi qeyd edilir.

Vurğulandığına görə, X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələr arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

Açıqlamaya görə, eyni zamanda, nazir müavini Qazaxıstan tərəfindən bu insidentin hərtərəfli, obyektiv araşdırılmasını və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib:

“Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib”

XİN bildirib ki, səfir S. Abdıkarimov baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat edən şəxsin yaxınlarına baş sağlığı verib və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib:

“ O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib”

Açıqlamaya görə, daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin qaytarılması üçün zəruri köməkliyin göstəriləcəyini ifadə edib.

Bu açıqlamya, hələlik, Qazaxıstanın Azərbaycandakı səfirliyindən ayrıca münasibət götürmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG