Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:15

Azərbaycanla İsveçrə arasında viza sadələşməsi qüvvəyə minir


İsveçrə, Airbus A330-300, 21 yanvar 2016

Azərbaycan və İsveçrə arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında 2016-cı il tarixli saziş bu gündən qüvvəyə minir.

Bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.

Bundan sonra diplomatik və xidməti pasportların sahibləri vizasız hərəkət edəcəklər, digər şəxslər üçün viza alınması rejimi sadələşdiriləcək.

Azərbaycan vətəndaşları 1 ildən 5 ilədək uzunmüddətli viza ala biləcək və vizanın qiyməti endiriləcək.

Eyni zamanda, müəyyən kateqoriyaya aid şəxslər pulsuz viza ala biləcəklər: yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, məktəblilər, tələbələr, doktorantlar, idmançılar, elmi və mədəni tədbirlərin iştirakçıları, müalicəyə gedənlər, pensiyaçılar, 18 yaşınadək uşaqlar və jurnalistlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG