Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Azərbaycan-Ermənistan münaqişəsinin alovlanacağı gözlənilir?


Lələtəpənin qarşı tərəfdən videosu - erməni jurnalistləri niyə cəbhə xəttinə apardılar?
Gözlə

No media source currently available

0:00 0:15:43 0:00

Lələtəpənin qarşı tərəfdən videosu - erməni jurnalistləri niyə cəbhə xəttinə apardılar?

Qarabağ münaqişəsinin durumunda yaxın gələcəkdə nələr gözlənir? Beynəlxalq Böhran qrupu deyir ki, münaqişə qəfil alovlana bilər, çünki Ermənistanda yeni hökumətin başı ölkəiçi məsələlərə qarışıb, 30 illik münaqişənin həlli üçün hansısa addım atacağı gözlənilmir.

Araşdırma qrupu bildirir ki, münaqişənin həlli üçün irəliləyiş olmaması Azərbaycanı daha da darıxdıra və Bakının öz ərazilərini güc yolu ilə geri qaytarmaq arzusunu gücləndirə bilər.

Ermənistanın müdafiə naziri Davit Tonoyan iyulun 23-də, Eurasia Daily informasiya saytına müsahibəsində deyib ki, Naxçıvanla sərhəddə gərginliyin artması Ermənistanı xüsusilə narahat edir:

"Qoşunların toplanması və aktivləşməsi tamamilə doğru məlumatdır. Bu proses təkcə Qarabağda Azərbaycanla təmas xəttində deyil, həm də Ermənistan və Azərbaycan sərhəddində baş verir, xüsusilə də Naxçıvan istiqamətində. Bakının maksimalist ambisiyalarını nəzərə alanda, hərbi əməliyyatların yenilənməsi mümkündür”.

Ermənistan müdafiə naziri Davit Tonoyan təmas xəttində
Ermənistan müdafiə naziri Davit Tonoyan təmas xəttində

Davit Tononyan deyib ki, 2016-cı ilin aprel hadisələri təkrarlansa, Ermənistan tərəfi bütün arsenalını işə salmaqdan və qarşı tərəfə həlledici və qətiyyətli cavab verməkdən çəkinməyəcək.

Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Ermənistanla sərhədə qoşun yığmaq Azərbaycanın haqqıdır və buna görə kiməsə hesabat verməli deyil. Onun sözlərinə görə, Ermənistan Naxçıvan istiqamətində baş verənlərin təkrarlanmasından narahatdır və indi zərbəni yalnız Qarabağda qoşunların təmas xəttində yox, sərhədboyu da gözləyir”.

Elxan Şahinoğlu bildirir ki, hadisələr hərbi qarşıdurmaya doğru gedir. Şərhçi bir neçə səbəb sadalayır. Birincisi, aprel qələbəsindən sonra Azərbaycan tərəfi həvəslənib, ikinci səbəb odur ki, Ermənistanın baş naziri Nikol Paşinian öz bəyanatları və Qarabağa səfərləri ilə özünün, heç də Sarkisyandan daha az separatçı olmadığını göstərir:

"Getdikcə sülh danışıqları imkanı azalır, toqquşma ehtimalı artır. Bu o demək deyil ki, genişmiqyaslı müharibə mümkündür. Amma 2016-cı ildə də lokal toqquşmalar oldu və Azərbaycan strateji yüksəkliyi geri qaytardı. Üstəlik, Naxçıvanda da ciddi toqquşmalar baş vermədi, Azərbaycan bir şəhid verdi. Bu cür lokal toqquşmaların davam edəcəyini düşünürəm”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu deyir ki, o, toqquşmaların bu payız baş verməsini mümkün sayır.

Qarabğdakı erməni hərbi qüvvələrinin nümayəndəsi Levon Mnatsakanyan iyulun 24-də mətbuat konfrasında deyib ki, hazırkı situasiya sakit və stabil qiymətləndirilə bilər, amma potensial gərginlik də hiss olunur. Levon Mnatsakanyan da gərginliyin sentyabr və ya oktyabr aylarında arta biləcəyini bildirib.

​Bakıda, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov da deyir ki, münaqişənin qızışması həmişə mümkündür, xüsusilə də Ermənistan rəhbərliyinin son davranışları fonunda:

“Nəzərə alsaq ki, 25 ildir atəşkəsdir və faktiki olaraq ermənilər danışıqdan boyun qaçırırlar və təmas xəttində qüvvələr bir birinə qarşı durublar, müharibə ehtimalı həmişə mövcuddur və onun alovlanıb geniş əməliyyatlara çevrilməyi də mümkündür”.

AzadlıqRadiosu həmişə olduğu kimi bu mövzu ətrafında Bakı sakinləri ilə sorğu aparıb:

Paşinyandan Qarabağ məsələsinin həllində nə gözləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Beynəlxalq Böhran qrupu əvvəlki hesabatlarında yazırdı ki, münaqişənin sülh yolu ilə bağlı aparılan danışıqlarda Rusiyanın rolu artıb, digər iki həmsədr Fransa və ABŞ-ın rolu azalıb.

Şərhçi Elxan Şahinoğlu deyir ki, əgər Paşinian, Rusiyadan uzaqlaşmaqda davam etsə, onda rəsmi Moskva, aprel döyüşlərində olduğu kimi növbəti mümkün münaqişəyə müdaxilə etməyə bilər.

Azərbaycan prezidenti İlham Əliyev isə rusiyalı həmkarı Vladimir Putinlə, bu ilin sentyabrında Moskvada görüşəcək, səfərin detalları açıqlanmır.

Azərbaycan və Ermənistan liderləri 2016-cı ilin aprel döyüşlərindən bəri cəmi bir dəfə, keçən ilin oktyabrında görüşüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG