Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyaya niyə can atmır?


Mingəçevirdə yenə yanğın: Enerji sektorunda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Mingəçevirdə yenə yanğın: Enerji sektorunda nə baş verir?

Avropa İttifaqı iyulun 4-də, Ermənistanla münasibətlərin dərinləşməsi barədə razılaşmaya yaşıl işıq yandırdı, Azərbaycana isə belə saziş üçün şərtlər irəli sürüldü.

Şərtlərdə deyilir ki, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

Böyük Britaniyanın Oxford Universitetində Avropa İttifaqı- Azərbaycan əlaqələrini araşdıran siyasi şərhçi Leyla Əliyeva deyir ki, bu sazişi imzalamaq Azərbaycan xalqı üçün önəmlidir. Assosiativ saziş o deməkdir ki, Azərbaycan başqa ölkələr, məsələn, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan kimi Avropa İttifaqına inteqrasiyanın 1-ci mərhələsinə keçir:

“Bilirsiniz ki, sadaladığım üç ölkənin vətəndaşları Ermənistan xaric Avropa İttifaqına vizasız gedib gəlir, Ermənistan da artıq buna çalışacaq. İndi Dağlıq Qarabağı əhalisinə də maraqlı olacaq ki, Ermənistana yaxın olsun, nəinki Azərbaycana”.

Avropalı deputatlar Ermənistanı da azad seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin yaradılması, korrupsiya ilə mübarizə, çirkli pulların yuyulması, müstəqil media və digər sahələrdə islahatlar aparmağa çağırıb.

Bu islahatlar aparılarsa, Ermənistan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gelişinə dair danışıqları başlana bilər.

Rasim Musabəyov
Rasim Musabəyov

Milli Məclisin deputatı, Rasim Musabəyov isə deyir ki, Avropa İttifaqıölkələr arasında ayrı- seçkilik edilir:

“Ermənistanın rejimi kriminal, rüşvətxor, insanlara zülm verən bir rejimdir, amma Avropa Parlamentinin səsi çıxdımı, yox. Gürcüstanda indiyə qədər baş nazir dustaqxanadadır, Avropa Parlamenti o sənəd ortalığa çıxana qədər səsini çıxartmırdı. Ukrayna rüşvətxorluğa görə, Azərbaycandan 30 pillə geridədir. Hanı Avropa Parlamentinin səsi, eşidilirmi, xeyr!”

Həm Gürcüstan, həm də Ermənistan əksər beynəlxalq reytinqlərdə, məsələn, Freedom House təşkilatının hesabatlarında, insan haqlarının durumuna görə, Azərbaycandan irəlilədir.

Deputat Rasim Musabəyov deyir ki, Azərbaycan tərəfi insan haqlarının durumu, korrupsiya ilə bağlı Avropa İttifaqı ilə danışıqlar aparmağa hazırdır, amma ittifaq bəri-başdan ayrıseçkilik salır, ultimatumla danışır. Deputat deyir ki, belə danışığın ancaq əks-təsiri olacaq:

“Biz o biri ölkələr kimi bu sazişi imzalamaq üçün canımızı o qədər də yandırmırıq. Uzanacaq bu saziş qoy uzansın. Azərbaycan Gürcüstan, Ukrayna, Moldova kimi durub Avropa İttifaqının qarşısında dilənmir. Azərbaycan bizə lazım olan və Avropaya da lazım olan bütün kreditləri və layihələri həyata keçirir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Bakıda Bakıda, Helsinski Assambleyası Azərbaycan Milli Komitəsinin siyasi şərhçisi Zərdüşt Əlizadə deyir ki, o, Azərbaycan hökumətinin Avropa İttifaqının tövsiyələrinə əməl edəcəyini gözləmir. Politoloq deyir ki, bu, hakimiyyətin avtoritar mahiyyətinə zidd olardı:

“Gürcüstan iqtisadiyyatı Avropa Birliyindən fayda götürür, iqtisadiyyat böyüyür. Azərbaycan hakimiyyəti isə xalqı düşünmür. Viza üçün pul vermək də, varlı məmurlar üçün heç nədir”.

Avropa İttifaqı öz sənədlərində Azərbaycanı “vacib strateji tərəfdaş” adlandırır. Hazırda, Avropanın qaz tələbatının beş faizini Azərbaycan verir.

2020-ci ildə kəmər tam işə düşəndə, Cənubi Qafqaz boru kəmərinin, Şahdəniz yatağından hasil edilən qazın ildə 10 milyard kubmetrini Avropa bazarlarına gətirəcəyi gözlənilir.

Avropa Parlamentinin insan haqları və korrupsiya ilə bağlı tövsiyələrinə Bakı əməl edəcəkmi? Rəsmi Bakı buna hələ ki, reaksiya verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG