Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Ekspert: 'Azərbaycanda minimum əməkhaqqı Əfqanıstandakı qədərdir' [video]


Minimum maaş qaldırıldı amma yenə 53 manat çatmır
Gözlə

No media source currently available

0:00 0:15:26 0:00

Minimum maaş qaldırıldı amma yenə 53 manat çatmır [A-Live]

Azərbaycanda minimum əməkhaqqı 14 manat artırılaraq, 130 manat müəyyən edilib. Bununla bağlı dekabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Minimum əməkhaqqı o deməkdir ki, işçi bundan aşağı maaş ala bilməz.

İqtisadçı Zöhrab İsmayıl bu artımı insanların başını qatmaq adlandırır. Onun fikrincə, son 10 ildə 132 milyard dollar neft gəliri olan bir ölkədə minimum əməkhaqqının 130 manat - 76 dollar olması biabırçılıqdır:

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Azərbaycanda minimum əməkhaqqı Əfqanıstandakı qədərdir. Müharibədən çıxmış, aclıq içində olan, vətəndaş müharibəsi gedən, heç bir təbii sərvəti olmayan Əfqanıstanla Azərbaycan minimum əməkhaqqı eynidir. Bu böyük bir faciədir. O biri yandan Kanadanı götürək. Orada 1 saat iş 11 dollardır. Yəni, bir kanadalı cəmi 8 saat işləyir və Azərbaycandakı bir aylıq minimum əməkhaqqını alır".

Buna da bax: Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı

Amerikada və əksər qərb ölkələrində minimum əməkhaqqı hər saat üçün hesablanır. Azərbaycan rəsmiləri bəyan edirlər ki, minimum əməkhaqqının tədricən yaşayış minimumuna uyğunlaşdırılması hökumətin əsas hədəfidir. Hökumətin qəbul etdiyi "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu haqda xüsusi qeyd edilir. Konsepsiyada yazılır:

"İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə, iqtisadiyyatın inkişafından asılı olaraq, minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyənləşdirilmiş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması üçün tədbirlər görüləcək".

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, qarşıya qoyulan hədəfə çatmaq üçün plan uğurla icra edilir.

Statistika komitəsinin bu ilin noyabrında açıqladığı məlumata görə, Azərbaycanda 2017-ci ildə orta aylıq əməkhaqqı 525 manatdır. Başqa sözlə, 2020-ci il inkişaf konsepsiyasında göstərilən hədəfə çatılarsa, indiki rəqəmlərlə minimum əməkhaqqı 315 manatdan az olmamalıdır.

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı Azər Mehtiyev yada salır ki, Azərbaycan Avropa "Sosial Xartiya"sına qoşularkən götürdüyü öhdəliklərdən biri də minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq olub. Azərbaycan "Dəyişdirilmiş Avropa Sosial Xartiyasına" 2004-cü ildə qoşulub:

"Neçə illərdir bu haqda danışılır, amma bu istiqamətdə hökumətin real addımı görünmür. Və ya hökumət bunu necə edəcəyi barədə konkret bir proqrama, yol xəritəsinə malik deyil. 2015-ci il devalvasiyasından sonra demək olar ki, bütün məhsullar bahalaşıb, inflyasiyanın səviyyəsi yüksəlib, yaşam üçün tələb olunan əməkhaqqı artıb. Bu baxımdan minimum əmək haqqının 130 manat təyin olunmasının əhalinin rifahı üçün hansısa dəyişiklik gətirəcəyini düşünmək mümkün deyil. Bundan sadəcə sosial sığorta ödənişlərinin hesablanmasında, bəzi cərimələrin hesablanmasında istifadə ediləcək".

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

Dövlət Statistika Komitəsinin noyabr ayında açıqladığı məlumata görə, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları təqribən 17 faizdən çox bahalaşıb.

Azərbaycanda maaş azlığı ilə bağlı müzakirələr illərdir davam edir. Hökumət həm özünün inkişaf konsepsiyasında, həm də strateji yol xəritəsində minimum əməkhaqqının tədricən minimum yaşayış standartlarına uyğunlaşdırmağa çalışdığını hər fürsətdə ifadə edir. Amma illərlə bu cür vədlər olsa da hələ ki, hələ də ölkədə hökumətin təyin etdiyi minimum əməkhaqqı heç rəsmi müəyyən olunan yaşayış minimumuna da çatmır.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Başqa sözlə, elə bu gün - dekabrın 26-da qəbul edilən qanunla Azərbaycana bir işləyən adamın aylıq minimum ehtiyaclarını ödəməsi - sadəcə mövcud olması üçün rəsmən 183 manat lazımdır. Amma işləyən ödənən minimum aylıq əməkhaqqı - 130 manatdır. Yəni, bir insanın bir ay ərzində mövcud olmasına yenə də çatmır, 53 manat əskik qalır.

Buna da bax:

Prezidentin 10%-lik maaş artımına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

XS
SM
MD
LG