Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:29

Azərbaycan və Rusiya hökumət başçıları danışıb


Mixail Mişustin

Dekabrın 29-da Azərbaycanın baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib:

“İqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində aparılan işlərin intensivləşməsinin əhəmiyyəti vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri yüksək qiymətləndirilib”.

Açıqlamaya görə, telefon danışığı zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn məsələlər müzakirə edilib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG