Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:48

Azərbaycan Bişkekdə park salacaq, məktəb tikəcək


Qırğızıstan prezident Sooronbai Jeenbekov, 10 yanvar 2020

Qırğızıstanın paytaxtında Azərbaycan-Qırğızıstan dostluq parkı salınır. AzadlıqRadiosu Qırğız xidmətinin məlumatına görə, yanvarın 10-da ölkə prezidenti parkın təməlqoyma mərasimində iştirak edib.

Bildirilir ki, dostluq parkının salınması ilə bağlı iki ölkə prezidentləri arasında razılıq 2018-ci il Çolpon-Ata və 2019-cu il Bakı şəhərində keçirilən Türk ölkələrinin sammiti zamanı əldə olunub.

Bişkek merinin məlumatına görə, fontan, süni hovuz, açıq amfiteatr və uşağ meydançasının yer alacağı park 5, 5 hektar ərazini əhatə edəcək.

Park Azərbaycan prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfəri zamanı aşılacaq.

Prezidentin mətbuat xidmətinin məlumatında həmçinin qeyd olunur ki, parkdan başqa Azərbaycan "Kok-Jar" yaşayış massivində orta məktəb tikməyi də planlaşdırır.

XS
SM
MD
LG