Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:12

Cəbhəçilərin saxlanması ilə bağlı yeni məlumatlar gəlir


arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyası-nın (AXCP) fəalı Tofiq Məmmədov-un saxlandığı və onun barəsində 15 sutka inzibati həbs qərarı verildiyi bildirilir.
Bu, barədə AXCP-dən məlumat yayıblar. Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn Azadlıq Radiosuna deyib ki, Tofiq Məmmədovu Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdşları saxlayıb:

“Ona, dünən, fevralın 23-də Nəsimi rayon Məhkəməsində polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 15 sutka inzibati həbs verilib”.

Bundan başqa, AXCP Beyləqan rayon şöbəsinin üzvü Ayət İsmayılovun fiziki zorakılığa məruz qaldığı bildirilir. Partiyadan verilən məlumata görə, Ayət İsmayılov metronun “Azadlıq” stansiyasından çıxıb evə gedərkən zorakılığıla üzləşib.

Amma hər iki məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

Üstəlik, bu yaxınlarda partiyanın fəllarından Baba Süleymanın da 15 sutka inzibati həbs cəzası aldığı bildirilir. Bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən hesab edirlər ki, bütün baş verənlər Milli Şuranın martın 2-nə növbəti mitinq təyin etməsi ilə bağlıdır. Onların fikrincə, mitinq öncəsi fəalların gözlərini qorxutmaq niyyəti güdülür.

Milli Şuraya daxil olan AXCP sədri Əli Kərimli bildirib ki, mitinqin şüarları isə dəyişməyib. Bura siyasi məhbulsara azadlıq, Azərbaycandan kənara çıxaırlan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması və başqa məsələlər daxildir.

Milli Şura bundan əvvəl fevralın 23-də və yanvarın 26-da da aksiya keçirmək niyyətində idi. Amma onun bu istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİ)H razılıq verməmişdi.Qurum bunu Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-də onlara göndərdiyi müraciətlə əsaslandırmışdı.Həmin müraciətə əsasən, Milli Şuranın yanvarın 19-da keçirilən mitinqindən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.
Milli Şura isə bu deyilənləri əsassız bəhanə sayır.

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “ siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.

Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.

Multimedia

XS
SM
MD
LG