Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:14

Avropa şirkətləri Azərbaycan haqqında-media icmalı


Azərbaycan və Avropa Birliyinin bayraqları
Azərbaycan və Avropa Birliyinin bayraqları

Keçmiş prezident Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişinin il dönümü, Azərbaycanda turizm sahəsində problemlər, xarici sərmayəyə risq yaradan amillər və başqa məsələlər medianın aparıcı mövzularındandır…

“Turizmin belini qıran qiymətlər”

“Yenisabah.az” saytında “Turizmin belini qıran qiymətlər – “Tez varlanmaq istəyirlər” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə turizmin vəziyyətini Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovla müzakirə edib.

Xınalıq kəndi, 2014
Xınalıq kəndi, 2014

M.Ağakərimov sayta deyib ki, hazırda həm daxili, həm də gəlmə turizm inkişaf edir. Onun sözlərinə görə, bu sahədə rəqabət daha da güclənməlidir. Müşavirin fikrincə, rəqabət güclü olan yerdə xidmət və keyfiyyət də yüksələcək.

O, bu sahədə qiymət siyasətindən də danışıb:

“Qiymət məsələsində əhali bəzi obyektlərdən narazıdır. Təbii ki, elə qiymətlər olur ki, onlar xaricə, məsələn, Gürcüstana üz tutmağa məcbur olurlar. Qiymət, marketinq siyasətinə bir daha diqqətlə yanaşmaq lazımdır. Bu səbəbdən sahibkarlar və menecerlər bu məsələyə məsuliyyətlə yanaşıb, xüsusilə, bizim əhali üçün şərait yaratmalıdırlar... Çalışmaq lazımdır ki, həm xidmət səviyyəsi, həm də qiymətlər münasib olsun. Onda bizim əhali daha çox ölkəmizdə istirahət etməyə üstünlük verər. Valyuta ölkədə qalar”.

M.Ağakərimov deyib ki, bir çox sahibkarlar birdən-birə varlanmaq istəyir: “ Hər bir şeyin qayda-qanunu var. Otel biznesi 5-10 il arasında qoyduğu maya dəyəri, sərmayəni geri qaytarır. Amma elələri var ki, tələsirlər. Ona görə də qiyməti tez qaldırırlar”

57 faizi korrupsiyanı risq sayır

Manat və dollar
Manat və dollar

“Yeni Müsavat” qəzeti-ndə “Ekspert Avropa şirkətlərinin Azərbaycanda gördüyü risklərdən danışdı” sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətləri arasında keçirilmiş sorğu nəticələri əsasında hazırlanan hesabat açıqlanıb. Müəllifin vurğulamasına görə, Alman-Azərbaycan Xarici Ticarət Palatası-nın rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir ki, şirkətlərin 65 faizi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir:

“Sənədə əsasən, Aİ şirkətlərinin 75 faizi yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18 faizi buna əmin olmadığını, 7 faizi isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib”

​Şirkətlər Azərbaycanda biznesdən ötrü riskləri də açıqlayıb:

“ Rəyi soruşulanların 68 faizi bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61 faizi bürokratiyanı, 57 faizi korrupsiyanı, 53 faizi ixtisaslı kadr çatışmazlığını, 46 faizi isə inflyasiyanı risk kimi göstəriblər”

İqtisadçı-ekspert Rəşad Həsənov isə mövzu ilə bağlı bunları deyib:

“Aidiyyəti qurumlar, dövlətin iqtisadi siyasətini hazırlayan tərəflər bu kimi sorğunun nəticələrinə olduqca diqqətlə yanaşmalı və dərs çıxarmalıdılar.”

R.Həsənovun vurğulamasına görə, son 3 ildə iqtisadiyyatın şaxələndirilməsi, inkişaf etdirilməsi üçün strateji yol xəritələri və dövlət proqramları çərçivəsində xeyli islahat xarakterli addımlar atılıb:

“Lakin biz hələ də təməl problemləri həll edə bilməmişik. Bu, iqtisadiyyatın inkişafına dair əhəmiyyətli göstəricilərdə də öz əksini tapır: iqtisadi artım tempinin aşağı olması, iqtisadiyyata birbaşa investisiyaların azalması və sair. Bu göstəricilər və açıqlanan hesabat göstərir ki, ölkədə daha köklü və fundamental iqtisadi islahatların aparılmasına ehtiyac var”

İqtisadçının fikrincə, ilk növbədə xarici investorlar inandırılmalıdır ki, Azərbaycanda aparılan islahatlar səmimidir və birmənalıdır:

“ Bəzi hallarda sadəcə, islahat, dəyişiklik görüntüsü yaradılması ilə kifayətlənilir. Bu isə praktik olaraq biznesə sirayət edə bilmir”

R.Həsənov hesab edir ki, ölkədə aparılan hüquqi islahatların real iqtisadiyyata transformasiyası zəifdir.Onun vurğulamasına görə, bunun bir səbəbi darəetmənin köhnəlməsidir:

“Eyni zamanda bir sıra qurumlar onların mənafelərinə zərər vuran məsələlərdə islahatları sabotaj edirlər... İndiki halda elektronlaşma aşağı səviyyədə korrupsiyanı xeyli dərəcədə neytrallaşdırsa da, daha iri miqyaslı fəaliyyətlərdə korrupsiya riskləri hələ də qalmaqdadır”.

26 il əvvəl

Əbülfəz Elçibəy və Heydər Əliyev
Əbülfəz Elçibəy və Heydər Əliyev

“Azərbaycan” qəzeti-ndə isə “Hüquqi dövlət quruculuğunun banisi” sərlövhəli yazı dərc edilib.

Yazıda keçmiş prezident Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsilə Azərbaycanda təkrar (Heydər Əliyev bundan öncə 1969-1982-ci illərdə, SSRİ dönəmində də Azərbaycana rəhbərlik edib) hakimiyyətə gəlməsini dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycanın dinamik və uğurlara söykənən inkişafını şərtləndirən ən mühüm faktorlardan biri də mütərəqqi əsaslarla həyata keçirilən hüquqi islahatlar, bu sahədə ən qabaqcıl dünya təcrübəsinə cavab verən qanunvericilik bazasının formalaşdırılmasıdır:

“ Lakin bu sahədə mövcud vəziyyətin yaranmasına gedən yol o qədər də rəvan olmayıb, xüsusən də ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki mövcud vəziyyət digər sferalarla yanaşı, hüquqi müstəvidə də qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə böyük əngəllər yaradırdı”.

Müəllif daha sonra keçmiş prezident Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi məsələsinə toxunur:

“Qurtuluş günündən bizi 26 illik möhtəşəm tarix ayırır. Ümummilli liderin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan indi tarixinin ən qüdrətli dövrünü yaşayır. Öz uğurlu siyasəti ilə müstəqilliyi daha da möhkəmləndirən cənab İlham Əliyev Azərbaycanı beynəlxalq miqyasda nüfuzlu söz sahibinə, etibarlı tərəfdaşa çevirdi”.

​Yazının sonunda isə oxuyuruq:

“Bir sözlə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə yeniləşən, müasirləşən, demokratikləşən dövlətə çevrilməkdədir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG