Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 04:30

Avropa deputatları Dünya Kuboku-2018-in boykotuna çağırırlar


Rusiyada keçiriləcək Dünya Kuboku 2018-in rəsmi topu

Avropa Parlamentinin onlarca üzvü Avropa İttifaqına daxil ölkələri bu yay Rusiyada keçiriləcək futbol üzrə Dünya Kuboku çempionatını boykota çağıran məktubu imzalayıb.

Avropa millət vəkilləri bu məktubda Vladimir Putinin Avropa dəyərlərini “ələ salmasından” yazırlar.

AzadlıqRadiosunun gördüyü bu məktubu aprelin 17-də artıq 46 parlament üzvü imzalamışdı.

Aprelin 18-də Avropa İttifaqının 28 üzv ölkəsinin hökumətlərinə göndərilməsi nəzərdə tutulan məktubda deyilir ki, ötən ay keçmiş Rusiya ikili agentinin Britaniyada zəhərlənməsi “Vladimir Putinin Avropa dəyərlərini ələ salmasının ən son nümunəsidir”.

Britaniya keçmiş casus Sergey Skriplaın və onun qızı Yuliyanın kimyəvi maddə ilə zəhərlənməsində Rusdiyadan şübhələndiyini bildirib. Moskva bu şübhələri qətiyyətlə rədd edir.

Məktubda habelə Rusiyanın “Suriyada məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin nizamsız bombardmanından, Ukraynanın şərqinə müdaxiləsindən, sistematik hakerlik fəaliyyətindən, dezinformasiya kampaniyasından, Aİ cəmiyyətlərində ixtilaf toxumu səpərək ittifaqı parçalamaq cəhdlərindən” söz açılır.

Məktubda deyilir: “Bütün bunlar Dünya Kubokuna ev sahibliyi edən ölkəyə layiq hərəkətlər deyil. Biz idmanın virtual körpülər qurması ideyası ilə razılaşsaq da, Putinin Suriyada real körpüləri partlatdığı bir şəraitdə bu dünya çempionatını böyük idman hadisəsi kimi qəbul edə bilmərik”.

İndiyədək İslandiya və Britaniya özlərinin rəsmi nümayəndələrinin bu çempionatda iştirak etməyəcəyini bəyan ediblər.

Adının çəkilməsini istəməyən Avropa rəsmisi AzadlıqRadiosuna deyib ki, Dünya Kuboku çempionatının əlaqələndirilmiş diplomatik boykotu yaxın həftələrdə elan edilə bilər.

Məktubda xatırladılır ki, Putin 2014-cü il Soçi Qış Olimpiadasından üç gün sonra Ukraynaya hərbi müdaxilə edib.

XS
SM
MD
LG