Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Avropa İttifaqı-Mərkəzi Asiya nazirlərinin görüşü keçirilib


Federica Mogherini (solda) və Qırğızıstanda prezident seçilmiş Sooronbay Jeenbekov Bişkəkdə görüşüblər
Federica Mogherini (solda) və Qırğızıstanda prezident seçilmiş Sooronbay Jeenbekov Bişkəkdə görüşüblər

Beş Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri 2018-2019-cu illər üçün Qarşılıqlı Əməkdaşlıq Proqramı imzalayıblar.

Qazaxıstanın Xarici İşlər Nazirliyi bildirib ki, sözü gedən sənəd noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya nazirlərinin 13-cü illik görüşü zamanı imzalanıb.

Sənəddə bütün region boyunca təhlükəsizlik, ticarət və iqtisadi əməkdaşlıq, investisiya, nəqliyyat, enerji, turizm və mədəniyyət sahəsində münasibətlərin gücləndirilməsi zərurəti vurğulanır.

Nazirlər habelə, beynəlxalq münasibətlrədə və BMT, MDB, İslam Əməkdaşlığı Təşkilatı və ATƏT kimi beynəlxalq təşkilatların çərçivəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.

Səmərqənddə keçirilən Aİ-Mərkəzi Asiya sammitinin işində Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və beynəlxalq əməkdaşlıq və inkişaf komissarı Neven Mimica da iştirak ediblər.

Onlar Səmərqəndə, noyabrın 9-da Qırğızıstan rəsmiləri ilə Bişkəkdə görüş keçirdikdən sonra gəlmişdilər.

Səmərqənddə keçirilən tədbirdə Mogherini deyib ki, Avropa İttifaqının ekspertləri yerli hökumətlərin terrorizmlə mübarizəsində onlara dəstək verəcəklər.

O habelə gənclərin radikallaşması, İranın nüvə proqramı və Əfqanıstanda stabillik kimi narahatlıqlarını dilə gətirib.

Mogherini Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistanın Dünya Ticarət Təşkilatına qoşulmasının vacibliyindən danışıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG