Keçid linkləri

2026, 24 Aprel, cümə, Bakı vaxtı 15:52

Avropa İttifaqı yeni qarşılıqlı hərbi pakt hazırlayır

Danimarka, Almaniya və Fransa qoşunları Qrenlandiyanın Kanqerlussuaq bölgəsində keçirilən birgə hərbi təlimlərdə
Danimarka, Almaniya və Fransa qoşunları Qrenlandiyanın Kanqerlussuaq bölgəsində keçirilən birgə hərbi təlimlərdə

Avropa İttifaqı (Aİ) liderləri rəsmilərə ittifaqın təsis müqaviləsində yer alan qarşılıqlı yardım bəndinin dəqiqləşdirilməsi ilə bağlı plan hazırlamağı tapşırıblar. Bu barədə Aİ sammitinə ev sahibliyi edən Kipr prezidenti Nikos Kristodoulides məlumat verib.

Qərar ABŞ-nin NATO-ya sadiqliyi ilə bağlı artan şübhələr fonunda qəbul edilib. Prezident Donald Tramp NATO-nun İranla müharibəyə dəstək verməməsini tənqid edib. İlin əvvəlində Qrenlandiyanı müttəfiq Danimarkadan almaqla bağlı təhdidlər səsləndirib.

Kipr prezidenti deyib ki, aprelin 23-də axşam keçirilən sammitdə liderlər Aİ-nin təsis müqaviləsinin 42.7-ci maddəsində nəzərdə tutulan yardım mexanizmini konkretləşdirmək barədə razılığa gəliblər.

NATO-nun 5-ci maddəsi Avropanın təhlükəsizliyinin əsas sütunu sayılır. Ondan fərqli olaraq, Aİ-nin qarşılıqlı yardımla bağlı maddəsində detallı əməliyyat planları və ya hərbi strukturlar yer almayıb.

Bu mexanizm indiyədək cəmi bir dəfə – 2015-ci ildə Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumlarından sonra Fransa tərəfindən işə salınıb. O vaxt Aİ-yə üzv dövlətlər hərbi missiyalara töhfələrini artırmaqla Fransanın hərbi yükünü yüngülləşdirmiş və ölkəni əlavə qüvvə göndərmək zərurətindən azad etmişdilər.

Tramp əslində NATO-nu dağıdırmı
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

42.7-ci maddə nəyi nəzərdə tutur

"Reuters" agentliyinin məlumatına görə, Kipr Aİ Müqaviləsinin 42.7-ci maddəsinin gücləndirilməsində xüsusilə maraqlıdır. Ötən ay İran müharibəsi zamanı adadakı Britaniya hərbi bazasına dron zərbəsi endirilmişdi. Kipr hazırda Aİ Şurasına sədrlik edir, lakin NATO üzvü deyil.

Bununla belə, blokun bəzi üzvləri NATO-dan uzaqlaşma təəssüratı yaratmaq istəmirlər.

Litva prezidenti Gitanas Nauseda vurğulayıb: "Mənə görə, 5-ci maddə kollektiv müdafiə və təhlükəsizliyimizin əsas açarıdır və belə də qalacaq".

Aİ Müqaviləsinin 42.7-ci maddəsində deyilir: "Üzv dövlət öz ərazisində silahlı hücumun qurbanı olarsa, digər üzv dövlətlər bütün imkanları ilə ona yardım və dəstək göstərmək öhdəliyi daşıyır."

NATO əsas sütun olaraq qalır

Kipr prezidenti Kristodoulidis maddənin konkretləşdirilməsi ilə bağlı bildirib: "Tutaq ki, Fransa 42.7-ci maddəni işə salır. Ona ilk olaraq hansı ölkələr reaksiya verəcək? Həmin ölkənin ehtiyacları hansılar olacaq? Bütün bunlar plana salınacaq".

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sammitdə 42.7-ci maddənin konkretləşdirilməsi üzrə aparılan işlər barədə liderlərə məlumat verib.

Aİ rəsmilərindən biri agentliyə anonim şəkildə bildirib ki, NATO kollektiv müdafiənin əsas sütunu olaraq qalır: "Aİ-nin NATO-nu tamamlayan alətləri var, məsələn, sanksiyalar, maliyyə yardımı və humanitar dəstək. Bunlar 42.7-ci maddə çərçivəsində tətbiq oluna bilər."

XS
SM
MD
LG