Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:08

ATV rəhbərinin işdən kənarlaşdırılmasının gerçəkləri [video]


ATV kanalı nəyin qəzəbinə gəlib?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

ATV kanalı nəyin qəzəbinə gəiİb? [A-Live]

ATV kanalında rəhbərinin qəfil işdən kənarlaşdırılması və bu prosesdə Milli Televiziya və Radio Şurası sədrinin şəxsi iştirakı son günlər sosial medianın gündəmindən düşmür. Sentyabrın 26-da Milli Teleradio Şurasının rəhbəri telekanala gələrək Vüqar Qaradağlının bu kanalın rəhbəri vəzifəsindən kənarlaşdırıldığını, yerinə isə Azər Xəlilovun təyin edildiyini elan edib.

Yerli mediada ATV rəhbərinin işdən kənarlaşdırılması bu telekanalda hakimiyyət təmsilçilərinin ünvanına tənqidlərin səslənməsi ilə izah olunur. Amma gerçək səbəblərin başqa olduğunu, hətta telekanalda özbaşınalıqların bu nəticəyə gətirdiyini söyləyənlər də var.

Buna da bax:​ Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?

Elə Milli Televiziya və radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA informasiya agentliyinə müsahibəsində deyib ki, bundan öncə kanala dəfələrlə xəbərdarlıq edilib. Lakin nəticəsi olmayıb:

Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

“Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir. Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.

Nuşirəvan Məhərrəmli əlavə edib ki, ATV kanalının rəhbərliyində baş verən dəyişiklik şuranın yox, təsisçilərin verdiyi qərardır.

Buna da bax: Nuşirəvan Məhərrəmli: 'Aparıcılar o qədər surətlə danışır ki...'

Uzun illər AZTV-də səhərlər proqramına rəhbərlik edən, tanınmış telejurnalist, professor Qulu Məhərrəmli düşünür ki, Azərbaycanda bir telekanal rəhbərinin belə bir formada işdən azad olunması problemdir. Amma bu, bütövlükdə yerli teleməkanın ən əsas problem deyil:

“Əsas problem bütövlükdə televiziyaların fəaliyyəti ilə bağlıdır. Bu televiziyalar cəmiyyəti ifadə etmir, normal doğru-dürüst xəbər vermir. Auditoriyanın tələblərinə cavab vermir. Xəbər proqramları çox zəifdir. Yoxsa, hansısa kanalın rəhbərinin dəyişdirilməsi problem deyil”.

Azərbaycan qanunlarına görə, bir kanalın idarə heyətinin sədrini ancaq təsisçilər dəyişə bilər. Milli Televiziya və Radio Şurasının sədri deyir ki, elə qərarı təsisçilər verib. Bəs, təsisçilərin verdiyi qərarı Şura niyə icra edir? Ümumiyyətlə təsisçilər kimlərdir? Bu sualların cavabları məlum deyil. Amma hüquqşünas, media eksperti Ələsgər Məmmədli bildirir ki, qanunvericilik teleradio yayımçılardan mülkiyyətçilərin şəffaf saxlanmasını tələb edir:

Buna da bax:​ İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Azərbaycan qanunvericiliyində xüsusi şərt var ki, yayım mülkiyyəti Azərbaycan vətəndaşların aid olmalıdır. Yəni, seyrçi istənilən kanala kimin sahiblik etdiyini bilməlidir. Belə olan halda kanalın təsisçilərinin gizli saxlanılması özü hüquqa ziddir”.

AzadlıqRadiosu gün ərzində bu və digər suallara cavab tapmaq üçün Milli Televiziya və Radio şurası ilə, eləcə də ATV kanalının işdən azad olunan əməkdaşı, və yeni rəhbərliklə əlaqə saxlamağa cəhd edib. Lakin hər üç tərəf telefonun dəstəyini qaldırmayıb.

Buna da bax: Hökumət kabel televiziyaları ilə nə eləmək fikrindədir? [video]

Bəs, Bakı sakinləri nə fikirləşir yerli telekanalların verilişləri onlara nə qədər maraqlı gəlir?

Yerli TV-lərin verilişləri sizə nə qədər maraqlı gəlir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Azərbaycanda 24 televiziya kanalı var. Beynəlxalq və yerli hesabatlarda bu kanalların hakimiyyətin nəzarətində olduğu vurğulanır. Media eksperti Ələsgər Məmmədlinin fikrincə, bu kanalların əsas fəaliyyəti əyləncə və hakimiyyətin təbliğatı üzərində qurulub.

Amma hakimiyyət təmsilçiləri bu tənqidləri rədd edirlər. Prezident İlham Əliyev çıxışlarında tez-tez vurğulayır ki, Azərbaycanda bütün azadlıqlar, eləcə də söz və ifadə azadlığı tam təmin olunur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG