Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Nuşirəvan Məhərrəmli: 'Aparıcılar o qədər surətlə danışır ki...'


Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli

"Azərbaycanın teleradio məkanında ədəbi dil normaları pozulur. Pozuntular dilin bütün səviyyələrini əhatə edir".

Bunu avqustun 15-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O, 6 televiziya kanalının monitorinqinin nəticələrini açıqlayıb.

Buna da bax: Hökumət kabel televiziyaları ilə nə eləmək fikrindədir? [video]

Monitorinqi Milli Televiziya və Radio Şurasının və Bakı Dövlət Universitetinin dilçilik kafedrasının mütəxəssisləri bu ilin iyun-iyul aylarında aparıblar.

MTRŞ sədri bildirib ki, monitorinq zamanı 850 pozuntu faktı müəyyən edilib. Onlardan 104-ü üslubla bağlı olub. 371-i fonetik, 177-si leksik, 200-ü də qrammatik pozuntu olub.

Monitorinq edilən telekanalların yol verdikləri pozuntuların xarakteristikası da açıqlanıb.

Buna da bax: Cəmil Quliyev yenidən İTV-nin direktoru seçildi

Monitorinqin nəticələrinə görə, “ARB” telekanalının monitorinqi zamanı müəyyən edilən dil pozuntularının 45 faizi fonetika, 11 faizi leksika, 16 faizi morfoloji, 6 faizi sintaktika, 24 faizi də üslubla bağlı olub.

İctimai Televiziyanın monitorinqi zamanı müəyyən edilən pozuntuların da əsasən, fonetik səviyyəli pozuntular olduğu bildirilib. Bunun pozuntuların 66 faizini əhatə etdiyi deyilib.

"Xəzər", “ATV”, “Lider”, “Space” telekanallarında da fonetik pozuntulara yol verildiyi açıqlanıb.

Buna da bax: İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Dil normalarının leksik səviyyədə ən çox “Space”, morfoloji məzmunda “Lider”, sintaktik səviyyədə isə ATV-də pozulduğu söylənib.

“Mən televiziya aparıcılarının sürətli danışığını qəbul etmirəm. Bəzən aparıcılar o qədər sürətlə danışırlar ki, onların dediklərinin mahiyyətini başa düşmək olmur”, – MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, efirdə Azərbaycan ədəbi dilinin saflığı qorunmalıdır.

“Müasir dövrdə böyük dövlətlərin dilləri milli dilimizin üzərinə sanki hücuma keçib. Bunla mübarizə aparmaq çətindir, lakin biz mümkün olanı etməliyik”, – deyən MTRŞ sədri əlavə edib ki, narahatedici məqamlardan biri də efirdə şivə, ləhcə ilə danışmaqdır.

Sözü gedən televiziyalardan monitorinqin nəticələrinə, hələlik, münasibət öyrənmək mümkün olmayıb. Onlar, hələlik, tənqidi sükutla qarşılayıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG