Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

Cəmil Quliyev yenidən İTV-nin direktoru seçildi


Cəmil Quliyev

Bu gün, aprelin 25-də Milli Televiziya və Radio Yayımı Şurasında (MTRŞ) İctimai Teleradionun baş direktoru vəzifəsinə seçkilərin nəticəsi bəlli olub.

5 namizəd arasından hazırkı direktor Cəmil Quliyev yenidən bu posta seçilib.

Onun rəqibləri Tahir Paşazadə, İltifat Soltanov, Tahir Məmmədov və Afaq Ağayeva olub.

C.Quliyev birinci dəfə bu posta 2013-cü il aprelin 23-də seçilmişdi. Həmin seçkilərdən narazı qalanlar da olmuşdu. C.Quliyevin rəqiblərindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov baş direktor seçkisinin nəticələrinin ləğv edilməsindən ötrü məhkəməyə müraciət etmişdi. Ancaq yerli məhkəmələr onun şikayətini təmin etməmişdilər.

Hazırda sözügedən iş Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

İTV-də hansı verilişə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

XATIRLATMA

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq, 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyiblər.

Təkrar seçilən direktor - Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində doğulub. Ümumittifaq Kinematoqrafiya İnstitutunda (Moskva) kinorejissorluq ixtisası üzrə təhsil alıb.

1984-cü ildən «Azərbaycan» kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli filmin, «Mozalan» satirik jurnalının bədii süjetlərinin müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG