Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:02

Hökumət kabel televiziyaları ilə nə eləmək fikrindədir? [video]


Qadağa sırası kabel Tv-lərə çatır?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Qadağa sırası kabel Tv-lərə çatır? [A-Live]

"Əgər hökumət istəsə, Azərbaycanda hansısa telekanal, kabel televiziyasından çıxarıla bilər".

Parlamentdə müzakirə edilən "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində belə deyilir. Layihə artıq birinci oxunuşda qəbul edilib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, indiyə qədər də hansı telekanalların ölkə daxilində yayımlanmasını Milli Teleradio Şurası tənzimləyirdi. Onun sözlərinə görə, bu, dövlətin informasiya blokadası yaratması deməkdir.

Buna da bax:​ Kabel televiziyaları ilə verilən xarici reklamlar qadağan edilə bilər

Ələsgər Məmmədli deyir ki, dövlətin müəyyən etdiyi telekanal siyahısı ayrıseçkilik yaratmaq deməkdir:

“180-190 adda yayım müəyyən olunmuşdu, bunun 125-i rus dilindədir, bundan əlavə də 20-30 yayım, xarici yayımların rus dilinə çevrilmiş versiyasıdır- məsələn, “National Geographic”. Yəni, belə baxanda, Azərbaycan auditoriyasının 80 faizə yaxını rusdilli yayımla yükləyib dövlət. Bu özü, milli təhlükəsizlik baxımından informasiya təhlükəsizliyi baxımından ciddi problemlər yarada bilər. Çünki nəticə etibarilə rusdilli yayımlar daha çox Rusiyanın mövqeyindən dünya hadisələrinə baxır, biz isə istər -istəməz onların təbliğatının qurbanlarına çevrilirik”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Milli Televiziya və Radio Şurasını sədri Nuşirəvan Məhərrəmli isə APA-ya müsahibəsində deyib ki, yalnız qeydiyyatdan keçmiş xəbər kanallarının kabel televiziyalarının siyahısına salınması təcrübəsi Rusiya və Türkiyədə də var və Azərbaycanda da bu sahə sistemləşdirilməlidir:

Buna da bax:​ 'Niyə ayda 10 manat xərcə düşməliyəm?'

«“Kabel şəbəkəsi yayımı haqqında" qanunun qəbul edilməsini zəruri edən səbəblər var. Kabel şəbəkəsi yayımı televiziya və radio yayımının bir növüdür və bu sahə 90-cı illərdən fəaliyyət göstərməyə başlayıb. Amma çox zəif inkişaf edirdi. “Televiziya və radio yayımı haqqında” qanun qəbul ediləndə də kabel şəbəkəsi haqqında yalnız bir maddə vardı və burada göstərilirdi ki, mövcud sahə ayrıca qanunla tənzimlənəcək».

Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, kabel televiziyalarının hazırkı siyahısında olan telekanallar daha çox əyləncə məzmunludur, balanslı xəbər proqramları azdır.

Buna da bax:​ MTRŞ: 'İnternet televiziyaları niyə tənzimlənməsin?'

Biz Bakı sakinlərinin də məsələyə münasibətini öyrənmişik.

Hansı kanallar kabel yayımından çıxarılmasın?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Bu il fevralın 22-də, Azərbaycanda Türkiyənin “Fox” televiziyasının yayımı kabel televiziyasında dayandırılıb. Fevralın 21-i "Fox" kanalının xəbərlər proqramında Azərbaycanla bağlı süjet verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.

Yayım dayananda, Milli Televiziya və Yayım Şurası bildirdi ki, telekanal müəyyən səbəblərdən dayandırılıb və məsələni siyasiləşdirmək lazım deyil. Amma həmin müəyyən səbəblərin nələr olduğu açıqlanmayıb.

Buna da bax:​ Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?

Hüquqşünas Ələsgər Məmmədli əlavə edir ki, hakimiyyət hazırda kabel telekanallarının siyahısını siyasiləşdirib. Məsələn, hansısa televiziya kanalı hakimiyyəti tənqid edən material yayımlayırsa, onun siyahıdan çıxarılması ehtimalı artır. Onun fikrincə, bu dolayı senzuradır.

Azərbaycanın hakimiyyət rəsmilərlə dəfələrlə, ölkədə plüralizmin təmin olunduğunu, mediaya hansısa basqının olmadığını bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG