Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:18

Bələdçi: 'Ərəb ovçularının N qədər pulu var' [video]


«Nəqliyyat Nazirliyindən sonra Gömrük Komitəsi də ləğv edilə bilər» Ekspert danışır
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

[A-Live] 13 fevral buraxılışı: Ərəb ovçularının Azərbaycan sərgüzəştləri, Nəqliyyat Nazirliyindən sonra hansı nazirlik ləğv olunacaq...

Elə ki, payız-qış mövsümü gəldi, ərəb turistlər üz tuturlar Azərbaycanın bölgələrinə. Quş ovlayır, dovşan vururlar.

Yanvarın sonu, fevralın əvvəlində sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycandakı sərgüzəştləri ilə bağlı bir xeyli foto və videolar yer alıb. Görüntüləri tənqid edənlər də çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama verib ki, təkcə bu ov mövsümündə 16 ərəb turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib. Nazirliyin təqdimatı əsasında onlar ölkədən xaric edilib.

Buna da bax:

Əcnəbi ovçuların bələdçisi Azadlıq Radiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Ərəb turistlərin Azərbaycana ova gəlməsinə qarşı çıxanlar da var, əksinə buna şərait yaratmağın zəruri olduğunu söyləyənlər də.

Ovçu Şahin Hacıyev hesab edir ki, Azərbaycana ov üçün gələn, özəlliklə də ərəb turistlərə nəzarəti artırmaq lazımdır:

“Xaricdən gələn ovçuların əksəriyyəti imkanlı, zəngin adamlardır. Xüsusilə də ərəblər. Onlar üçün qaydalar xeyli yumşaldılır. Bunun da müxtəlif səbəbləri var. Birincisi odur ki, ovçuluq turizmi də inhisardadır. Azərbaycanda bu işlə məşğul olan bir neçə şirkət var, onlar da oliqarxlarla bağlılığı var”.

Şahin Hacıyev deyir ki, Azərbaycanda dağlıq kəkliyi ovunun qiyməti 5 min avrodur. Bu pulu verib ov edənlər də özlərini sərbəst hiss edir. Ürəkləri necə istəsə, elə də davranırlar.

Buna da bax:​ 16 əcnəbi ovçu ölkədən çıxarılıb

Ekoloqları bir sual düşündürür. Turistlər hansı heyvanları ovlayırlar? Ov zamanı kvota, mövsüm gözlənilirmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 10-da yaydığı rəsmi açıqlamada deyilir ki, yayılan video və fotoların təhlili göstərir ki, ovlanan heyvanlar və quşlar arasında Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. O ki qaldı kvotaya, nazirlik bildirir ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən yerli şirkətlərə müraciət əsasında qanunvericiliyə uyğun kvota ayırır:

"Yerli ovçulara 1 ov günü ərzində 6-dək, xaricilərə 5 ov günündə 10-dək su-bataqlıq quşunu ovlamağa icazə var. Yerli ovçular 1 baş, xarici ovçular 2 baş dovşan ovlaya bilər. Xarici ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayırlar. İnzibati ölçü götürülməsi üçün ciddi araşdırma tələb olunur".

Buna da bax:​ Nazirlik ovçularla bağlı açıqlama yaydı

Nazirlik onu da qeyd edir ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti araşdırılır. Turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın. Qaydaları pozan ovçu-turistləri gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq.

Sizcə, Azərbaycana ov üçün gələn turistlərə daha yaxşı şərait yaradılmalı, yoxsa, onların fəaliyyəti bir qədər cilovlanmalıdır? Bakı sakinlərinin də bu mövzuda fikirlərini öyrənmişik.

Əcnəbi turistlərin Azərbaycana ova gəlməsinə necə baxırsınız?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Uzun illər ovçuluqla məşğul olan Şahin Hacıyev düşünür ki, bu problemin çözümü sadədir. Ovçular Cəmiyyəti bərpa olunmalı, inhisar aradan qaldırılmaldır:

“Əvvəllər Azərbaycanda da ovçuluq təsərrüfatı vardı. Bu təsərrüfatlar quşların, digər heyvanların qorunması, onların çoxaldılmasına çalışırdılar. İndi Azərbaycanda bu təsərrüfatlar ölüb. Ekologiya nazirliyi alıb onları, əvəzində də hər hansı iş görmür. Yəni heyvan ovlanır, onların əvəzinə çoxalmır, bu da heyvanların məhvi ilə nəticələnə bilər. Problemin həlli üçün Ovçular Cəmiyyətinə imkan yaradılmalıdır ki, onlar heyvanları həm qorusun, həm təbii artımını təmin etsin. Yoxsa, hinduşka deyil ki, ferma yaradıb onları artırasan. Heyvanların təbii artımını təmin etmək lazımdır".

Buna da bax:​ Ovçular sosial şəbəkədə “tələyə” düşdü

Şahin Hacıyev deyir ki, bir çox Pribaltika ölkələri, Macarıstan, Bolqarıstan illərdir bu təcrübədən yararlanır. Ovçular cəmiyyəti ovlanan heyvanların təbii artımına da imkan yaradır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG