Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:01

16 əcnəbi ovçu ölkədən çıxarılıb


Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ərəb şahzadələrinin Azərbaycan məcaraları- [video]

«Bəzi əcnəbi turistlər ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin dəyərlərinə hörmətsizlik edir və qanunları pozurlar».

Bu açıqlamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nazirlik bildirir ki, KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatların təhlili də bunu göstərir.

Açıqlamaya görə, əcnəbi turist-ovçular onlara müəyyən edilən kvotaya əməl etmirlər: «Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar. Onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər».

Nazirlik bildirir ki, təkcə bu mövsümdə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin qanunlarını pozduqlarına görə cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onlar ölkədən çıxarılıblar.

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə Azərbaycana ərəb ölkələrindən gələn turistlərin ov macəralarından görüntülər yayılıb. Orada yüzlərlə heyvanın ovlanıb nümayiş edilməsi görünür.

Nazirlik bildirir ki, ovçuluğa şərait yaradılması Nazirlər Kabinetinin qərarlarından və beynəlxalq öhdəliklərdən doğur: «Görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın «Qırmızı kitab»ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən, yerli ovçulara 1 ov günü 6, xarici vətəndaşlara 5 ov günü 10 su-bataqlıq quşunun ovuna icazə verilir. Yerli ovçular 1 baş, xarici ovçular isə 2 baş dovşan ovlaya bilərlər. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərini toplum halında nümayiş etdirirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG