Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əcnəbi, xüsusilə ərəb ovçu turistlərin ölkə ərazisində qanunsuz ovla məşğul olması ilə bağlı açıqlama verib. Qurum media və sosial şəbəkələrdə bu haqda məlumatlar və görüntülər yayılandan sonra hərəkətə keçib.

Açıqlamada deyilir ki, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi Azərbaycanda aparılıb.

Payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Beynəlxalq öhdəliklərdən, Azərbaycanınqoşulduğu konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.

Nazirliyin apardığı təhlillər göstərib ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur.

Ovla bağlı kvotalara gəlincə, yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun ovuna icazə verilir.Yerli ovçular 1 baş, xarici ovçular isə 2 baş dovşan ovlaya bilərlər. “Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayırlar. Odur ki, ilkin təhlillərə görə, inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur”, açıqlamada belə deyilir.

Nazirlik xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti təhlil edir. Turizm şirkətlərigələn ovçu turistləri əvvəlcədən təlimatlandırmaq məqsədilə xəbərdar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirlyi bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turisti ölkənin ov qanunlarını pozduqlarına görə cərimələyib. Nazirliyin təqdimatı əsasında onların ölkədən xaric ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG