Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 04:06

Amnesty International Avropa Birliyini İrana təzyiq göstərməyə çağırır


arxiv foto

Amnesty International Avropa Birliyini İranda hüquq müdafiə hərəkatının fəallarının dərhal azadlığa buraxılmasına nail olmağa çağırıb. Təşkilat bəyan edib ki, Avropa Birliyinin xarici siyasət komissarı Federica Mogherini Tehrana gözlənilən səfəri zamanı İran hökumətindən tələb etməlidir ki, siyasi məhbusları dərhal azadlığa buraxsın. Mogherinidən həmçinin başda İranda insan hüquqları müdafiəsi mərkəzinin rəhbəri olmuş Narges Mohammadi olmaqla siyasi məhbuslarla görüşməyi də istənilir.

Amnesty International-ın avqustun 2-də dərc olunmuş hesabatında İranda insan haqları uğrunda mübarizə aparanlara qarşı açılmış 45 cinayət işi halından danışılır və bildirilir ki, onların əksəriyyəti artıq uzun müddətli azadlıqdan məhrum olunma cəzası alıb.

Avropa Birliyinin xarici siyasət komissarı Federica Mogherini Tehrana sabah – avqustun 5-də prezidenti Hassan Rouhani-nin andiçmə mərasimində iştirak etmək üçün gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG