Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:47

ABŞ Türkiyə təyyarələrinin uçmasını "hələlik" istəmir


İncirlik hərbi hava bazası
İncirlik hərbi hava bazası

Reuters bildirir ki, noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra Türkiyə koalisiya uçuşlarından heç birində iştirak etməyib.

Reuters agentliyi xəbər verir ki, Rusiyanın Su-24 təyyarəsi Suriya sərhədi üzərində vurulduqdan sonra Pentaqon özünün NATO üzrə müttəfiqi Türkiyənin bir müddət koalisiyanın uçuşlarında iştirak etməməsini istəyir.

Agentlik bildirir ki, Vaşiqnton bu hadisədən əvvəl Ankaradan İŞİD-ə hava reydlərində daha fəal iştirak ricası etmək istəyirmiş.

Rus təyyarəsini vurandan uçmurlar

ABŞ-ın vəzifəli rəsmilərindən biri Reuters-ə deyib ki, noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra Türkiyə koalisiya uçuşlarından heç birində iştirak etməyib.

Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra Türkiyə koalisiya uçuşlarından heç birində iştirak etməyib

Rəsmi deyib ki, bu, Moskva və Ankara arasındakı gərginliyin bir qədər səngiməsi üçün edilir.

Agentliyin məqaləsində deyilir ki, təyyarə insidenti Ankaranın ABŞ-ı hövsələdən çıxardığı yeganə məqam deyil.

Bundan əvvəl Ağ Ev Türkiyədən əsas tələb olunan hərəkətin özünün Suriya ilə sərhədinin açıq qalan 100 kilometrlik hissəsini tam bağlaması olduğunu bildirmişdi. Prezident Obama demişdi ki, sərhədin bu hissəsindən İŞİD döyüşçülərinin və silah-sursatın ötürülməsi üçün istifadə edilir.

Döyüşə başqaları gedir

Bu arada Britaniya və Fransa təyyarələrinin İŞİD üzərinə reydləri intensivləşdirməsi Türkiyə təyyarələrinin bir qədər “dincəlməsinə” şərait yaradıb.

Türkiyə yalnız PKK-nı hədəflədiyi barədə iddiaları rədd edir
Türkiyə yalnız PKK-nı hədəflədiyi barədə iddiaları rədd edir

Reuters bildirir ki, ABŞ Türkiyə təyyarələrinin PKK kürd separatçılarını hədəfləməsinin əleyhinə deyil, lakin Ankaranın əsas zərbə gücünü İŞİD-ə yönəltməsini istəyir.

ABŞ-ın müdafiə naziri Ashton Carter bu həftə Konqres qarşısında etdiyi çıxışda Türkiyənin daha çox İŞİD-i yox, PKK-nı hədəfləməsindən gileylənmişdi.

Türkiyə bu kimi iddiaları qətiyyətlə rədd edir.

Türklər uçmasalar da İraqa müdaxilə ediblər

Türkiyənin vəzifəli rəsmilərindən biri Reuters-ə bildirib ki, Ankara indiyədək ABŞ koalisiyanın hava reydlərinin ən azı yarısında iştirak edib.

ABŞ rəsmiləri ümid etdiklərini bildiriblər ki, Moskva və Ankara arasında qarşıdurna aradan qalxdıqdan sonra Türkiyə koalsiya reydlərindəki yerini yenidən tutacaq.

Bu arada Türkiyənin Bağdaddakı səfiri İraq Xarici İşlər Nazirliyinə dəvət edilib.

İraq Türkiyə hərbiyyəsinin ölkənin şimalına müdaxiləsinə etiraz edir.

Notada Türkiyə əsgərlərinin İraq ərazilərindən dərhal çıxarılması tələb olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG