Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:13

Türkiyə İraqa qoşun göndərdi, Bağdad etiraz edir


İraqdakı kürd peşmərgə qüvvələri Türkiyənin müdaxiləsini əvvəllər də salamlayıblar (foto arxivdəndir).
İraqdakı kürd peşmərgə qüvvələri Türkiyənin müdaxiləsini əvvəllər də salamlayıblar (foto arxivdəndir).

Beynəlxalq media Türkiyə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən bu ölkənin İraqa bir neçə yüz əsgərdən ibarət qüvvə göndərdiyini yazır.

Beynəlxalq media Türkiyə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən bu ölkənin İraqa bir neçə yüz əsgərdən ibarət qüvvə göndərdiyini yazır.

Həmin mənbələr bildiriblər ki, bu hərbçilər İraqın şimalındakı Mosul yaxınığında İŞİD-lə döyüşən kürd qüvvələrinə təlim keçəcəklər.

Mosul şəhəri hazırda özünü İslam Dövləti adlandıran təşkilatın nəzarətindədir. Cihadçılar, əhalisi bir milyondan çox olan bu şəhəri 2014-cü ilin iyununda zəbt ediblər.

Uzun müddətdən bəridir ki, İraq hökumət qüvvələrinin şəhəri İŞİD-dən geri almağa hazırlaşdığı barədə xəbərlər yayılır.

Türklər Mosul yaxınlığında

Reuters bildirir ki, Türkiyə Mosulun çox yaxınlığındakı əraziyə bütöv bir batalyon göndərib.

Reuters Türkiyə qoşunlarınlın artıq İraq Kürdüstanında olduğunu bildirib. Agentlik həmçinin İraq kürdlərinə istinadən xəbər verib ki, ABŞ koalisiyası Ankaranın hərəkəti barədə xəbərdar edilib.

Lakin Rusiya dövlət mediasının rəsmi Vaşinqtona istinadən verdiyi xəbərlərdə Türkiyənin İraqa müdaxiləsinin koalisiyanın əməliyyatları ilə əlaqəli olmadığı deyilir.

Hökumətyönlü “Yeni Şafak” qəzetinin internet saytında yerləşdirilmiş videoda Türkiyə zirehli texnikasının İraq ərazisinə daxil olduğu göstərilir.

Kürdüstan müdafiə qüvvələrinin sözçüsü Türkiyə əsgərlərinin Başiqa cəbhəsinə gəldiklərini təsdiq edib.

Sözçü həmçinin deyib ki, türklər təlimçi əsgərlərdən başqa Mosul ətrafına mühafizə dəstələri də göndəriblər.

Sünni ərəblər və kürd peşmərgələr

Türkiyə qoşunlarının Hashid Watani düşərgəsinə gəldiyi xəbər verilib. Burada əsasən sünni ərəb qüvvələri toplanıb. Əksəriyyəti keçmiş polis zabitlərindən ibarət bu dəstəni Mosulun keçmiş qubernatoru Atheel al-Nujaifi yaradıb. O Türkiyə ilə sıx əlaqələrinə görə tanınır.

İraq peşmərgələrinin qadın batalyonu
İraq peşmərgələrinin qadın batalyonu

Türkiyə hərbiyyəsi bildirir ki, türk əsgəri qüvvəsi artıq bir neçə ildir ki, buradakı iraqlılara döyüş təlimi keçir.

Başqa bir Türkiyə rəsmisi isə deyib ki, türk əsgərlər kürdlərin peşmərgə qüvvələrinə təlim keçəcəklər.

Britaniya mediası yazır ki, İraq və Suriya kürdləri arasında köhnə bir düşmənçilik var və Türkiyənin İraq Kürdüstanındakı fəallığını artırması Suriya cəbhəsində yaranmış vəziyyətlə bağlıdır.

Başqa sözlərlə, Rusiyanın Suriyaya müdaxiləsi, ələlxüsus da Su-24-ün vurulmasından sonra Türkiyə hərbiyyəsinin Suriyadakı imkanlarını məhdudlaşdırıb.

Bəzi məlumatlara görə Türkiyə İraq Kürdüstanına 20-dək zirehli texnika göndərib.

Bağdad Türkiyəyə sərt bəyanat verib

Ötən çərşənbə axşamı həmçinin Pentaqon İŞİD-lə mübarizə üçün İraqa xüsusi təyinatlı hərbi qüvvənin göndərildiyini elan etmişdi.

Bağdad hökuməti Türkiyə qoşunlarının İraq ərazisindən dərhal çıxarılmasını tələb edib

İraqın baş naziri Haider al-Abadi hər hansı xarici yardımı alqışladığını bildirib, lakin əlavə edib ki, əsgəri qüvvələrin İraq ərazisinə yeridilməsi Bağdad hökumətinin icazəsi ilə edilməlidir.

Abadi bir daha bəyan edib ki, İraqın xarici ölkələrin quru qoşunlarının dəstəyinə ehtiyacı yoxdur. Baş nazirin hakimiyyəti əsas etibarilə İraq şiələrinin hərbi birləşmələrinə söykənir.

Bağdad hökuməti Türkiyəni İraqın suverenliyinə hörmət göstərməyə çağırıb və Türkiyə qoşunlarının İraq ərazisindən dərhal çıxarılmasını tələb edib.

İrandan dəstək alan şiə birləşmələri bildiriblər ki, ölkəyə gətirilən ABŞ qüvvələrinə qarşı vuruşacaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG