Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:48

Kürdlər Sincar şəhərinə hücuma keçib


Peşmərgə qüvvələri Sincara toplaşır

-

İraqın kürd qüvvələri ABŞ hava kampaniyasının dəstəyi ilə strateji Sincar şəhərini İslam Dövləti yaraqlılarından almaq uğrunda hücuma keçib. Sincar İraqın şimalında yerləşir.

Peşmərgə qüvvələrinin hücumu noyabrın 12-də yerli vaxtda səhər 7-də başlayıb. Kürdlər müxtəlif istiqamətlərdən dağ şəhəri nə hücuma keçiblər.

Sincar İD silahlıları üçün vacib təchizat xətti üzərində yerləşir, belə ki, Suriyada İD-nin nəzarətində olan ərazi ilə İraqın şimalında Mosul şəhərini birləşdirir.

İD Sincarı ötən ilin avqustunda tutub, onminlərlə yezidi yaxınlıqdakı dağlara qaçıb.

Məhz yezidilərin qətli Birləşmiş Ştatlar koalisiyasının İD-nə qarşı hava kampaniyası ilə sonuclanıb.

XS
SM
MD
LG