Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 03:49

Vaşinqton Rusiya əsgərlərinin Venesuelada olmasını pisləyir


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Maduroya dəstək verən və verməyən ölkələrin xəritəsi önündə
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Maduroya dəstək verən və verməyən ölkələrin xəritəsi önündə

Vaşinqton Rusiyanın Venesuelada hərbi qüvvə yerləşdirməsini pisləyib.

ABŞ rəsmiləri deyirlər ki, Rusiya əsgərlərinin orada olması onsuz da siyasi və iqtisadi böhran içində vurnuxan ölkədə vəziyyəti daha da stabilsizləşdirir.

Martın 29-da Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, “biz Qərb yarımkürəsindən kənarda yerləşən qüvvələrin Venesuelada və ya yarımkürənin başqa yerlərində hərbi əməliyyatlarını genişləndirmək məqsədilə olmasına qarşıyıq”.

Boltonun bəyanatından sonra Dövlət Departamentində çıxış edən Cənubi Amerika üzrə xüsusi prezident nümayəndəsi Elliot Abrams deyib ki, Vaşinqtonun təxminlərinə görə hazırda Venesuelada 100-dək Rusiya hərbçisi var və onların orada olması “son dərəcə zərərlidir”.

Abrams bunu da bildirib ki, Venesueladakı Rusiya əsgərləri orada Rusiya istehsallı S-300 raketlərinin təmiri ilə məşğuldurlar. Onun fikrincə bu sistem bu yaxınlarda Venesuelada elektrik təchizatının davamlı kəsilməsi nəticəsində sıradan çıxa bilərdi.

Abrams qeyd edib ki, habelə bir neçə min kubalının əsasən Venesuela təhlükəslzik qüvvələrində olması son dərəcə narahatedicidir.

Donald Trump-ın Cənubi Amerika üzrə nümayəndəsi Elliott Abrams
Donald Trump-ın Cənubi Amerika üzrə nümayəndəsi Elliott Abrams

O bildirib ki, bu vəziyyətin nəticəsi olartaq ABŞ dövlət katibi Mike Pompeoya “variantlar siyahısı” verilib:

"Deməliyiəm ki, biz burada diplomatiya sahəsində çox iş görə bilərik. Elə şeylər də var ki, onları iqtisadi baxımdan etmək olar. Bunu demək istəyirəm ki, bizim vatriantlarımız var və rusların orada sahibi-ixtiyar olduqlarını düşünmələri səhv olardı”.

Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Maduronu Rusiya, Türkiyə, Çin, İran, Suriya və Kuba dəstəkləyir.

Prezidnet Donald Trump Venesuela müxalifətinin lideri Juan Guaido-nu keçid prezidenti kimi tanıyandan sonra Avropa İttifaqı da daxil 50-dək ölkə bu təşəbbüsə qoşulub.

Bu yaxınlarda Donald Trump Rusiyanı Venesualadan “çıxış getməyə” çağırmışdı.

Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova demişdi ki, Rusiya əsgərləri Venesualada “onlara orada ehtiyac olduğu müddətdə” qalacaqlar.

XS
SM
MD
LG