Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Moskva: Rusiya əsgərləri Venesuelada ‘buna ehtiyac olduğu müddətdə’ qalacaqlar


Maria Zakharova
Maria Zakharova

ABŞ prezidenti Donald Trump-ın Rusiyanı qoşunlarını Venesueladan çıxarmaq çağırmasının ardınca Moskva bildirib ki, Rusiya əsgərlərinin bu ölkəyə gəlməsi “regionda qüvvələr balansını dəyişmir” və “Vaşinqtondan fərqli olaraq heç kim üçün təhlükə təşkil etmir”.

Trump habelə bildirmişdi ki, Rusiya qoşunlarının Venesueladan çıxarılması üçün “bütün variantlar açıqdır”.

Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova martın 28-də deyib ki, "Rusiya mütəxəssisləri” Venesuelaya hərbi əməkdaşlıq çərçivəsində göndəriliblər və orada “buna ehtiyac olduğu qədər qalacaqlar”.

Trump Rusiyaya ‘Venesueladan çıx’ deyir

ABŞ prezidenti Donald Trump Rusiyanı Venesueladakı qoşunlarını bu ölkədən çıxarmağa çağırıb və xəbərdarlıq edib ki, bu məqsədə çatmaq üçün “bütün variantlar” açıqdır.

Trump martın 27-də Ağ Evdə jurnalistlərə deyib ki, “Rusiya oradan çıxmalıdır”.

O Ağ Evdə Venesuelanın müxalifət lideri Juan Guido-nun arvadı Fabiana Rosaleslə görüşürdü. ABŞ və 50-dən artıq başqa ölkələr Guiado-nu rəsmən Venesuelanın keçid prezidenti kimi tanıyıblar.

Xəbər verilir ki, göyərtəsində 100-dək Rusiya hərbçisini daşıyan iki hərbi təyyarə martın 23-də Karakas yaxınlığında enib.

ABŞ hökuməti ehtimal edir ki, bu hərbi kontingentə xüsusi qüvvələr və kibertəhlükəsizlik ekspertləri daxildir.

“Venesueladakı Rusiya qüvvələrini oradan çıxmağa necə məcbur edəcək” sualına Trump “Baxarıq, bütün variantlar açıqdır” cavabını verib.

ABŞ prezidenti Donald Trump martın 27-də Ağ Evdə Venesuelanın müxalifət lideri Juan Guaido-nun xanımı Fabiana Rosaleslə görüşüb
ABŞ prezidenti Donald Trump martın 27-də Ağ Evdə Venesuelanın müxalifət lideri Juan Guaido-nun xanımı Fabiana Rosaleslə görüşüb

Trump və vise-prezident Mike Pence xanım Rosales-lə Guaido-ya dəstək nümayiş etdirmək üçün görüşüblər.

Guaido Konstitusiyaya uyğun olaraq keçid prezidentliyini qəbul edib və bildirir ki, Nicolas Maduro ikinci müddət prezidentliyə saxtakarlıqla seçilib.

Mike Pence jurnalistlərə deyib: "Birləşmiş Ştatlar Rusiya hərbi təyyarələrinin bu həftəsonu gəlişini qəbuledilməz təxribat hesab edir. Biz bugün Rusiyanı Maduro rejiminə dəstəyi dayandırmağa və bütün yarımkürə ölkələri və dünya ölkələri ilə birlikdə azadlıq bərqərar olunanadək Guaido-nun yanında olmağa çağırırıq”.

Rusiya Venesuelaya milyardlardla dollar sərmayə yatırıb və Maduronun qatı tərəfdarı olaraq qalır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG