Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:19

Venesuela paytaxtında yenə Rusiya təyyarələri peyda olub


Rusiyanın Тu-160, İl-62 və Аn-124 təyyarələri Karakas hava limanında, 2018 dekabr. Sputnikdən çəkilmiş foto.
Rusiyanın Тu-160, İl-62 və Аn-124 təyyarələri Karakas hava limanında, 2018 dekabr. Sputnikdən çəkilmiş foto.

Rusiya müdafiə nazirliyinin 3 təyyarəsinin Venesuelanın paytaxtı Karakasa endiyi bildirilir.

Təyyarələrdən 2-si İL-62, biri isə dünyada ən iri nəqliyyat təyyarələrindən olan An-124-dür.

Sosial şəbəkələrdə uçuş və eniş zolağından foto və videoplar peyda olub.

​Yerli “Noticiera Digital” nəşrinin məlumatına görə, Venesualaya 99 Rusiya hərbçisi və ya Rusiya quru qoşunlarının baş qərargah rəisi general Vasili Tonkoshkurovun başçılığı ilə özəl hərbi şirkətin döyüşçüləri göndərilib.

Bu barədə Venesuala hadisələrini işıqlandıran bloggerlər də yazırlar.

Amma bu məlumat hələ ki, başqa mənbələr tərəfindən təsdiqlənməyib.Həmçinin Rusiyanın müdafiə nazirliyi hələ ki, bu məlumatı şərh etməyib.

Məlumata görə bu təyyarələr Karakasa Suriyadan Dakar vasitəsi ilə gəliblər.

Amma bu təyyarələrin nə üçün gəlməsi barədə məlumat verilmir.

Qeyd edək ki, müxalifət lideri Juan Guaido bu iin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

Juan Guaido
Juan Guaido

Reuters agentliyi bundan sonra, prezidentliyini qorumağa çalışan Nicolas Maduronu müdafiə etmək üçün Karakasa bir neçə yüz döyüşçü göndərilməsi barədə məlumat yaymışdı.

Amma Rusiya qüvvələrinin Venesuelada iştirakını təsdiqləmək hələ ki, mümkün olmayıb.

Artıq 3-cü aydır ki, Venesuelada Guaido ilə Maduronun tərəfdarları arasında qarşıdurma yaranıb.

Buna da bax: ABŞ və Rusiya Maduro barəsində razılığa gələ bilmədilər

Bir daha qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaidobu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib.

Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG