Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 02:15

ABŞ eneriji sisteminə haker müdaxiləsi olub


Foto illustrasiya

Vermontdakı elektrik xidməti bildirib ki, onların “laptop” komputerlərindən Rusiya hakerlərinin istifadə etdiyi “malware” (sistemi zədələyən proqram) kod tapılıb.

ABŞ-ın “The Burlington Electric” şirkəti bildirib ki, Milli Təhlüləsizlik Departamenti dərhal həyacan təbili çalıb. Bu kodun ABŞ prezident seçkiləri zamanı Demokratlar Partiyasının komputerlərinə kiber hücum edənlərdən birinə məxsus olduğu deyilir.

Şirkət deyib ki, “malware” kodun tapıldığı komputer yüksək gərginlikli şəbəkəyə qoşulu olmayıb. Onlar dərhal həmin kompüteri izolyasiya edibkər və federal rəhbərliyə məlumat veriblər.

Rəsmilər hesab edirlər ki, bəlkə də hakerlər Vermantda ABŞ-ln enerji sisteminə müdaxilə edib-etməməyin mümkünlüyünü yoxlayırlar. Hakerlər elektrik şəbəkəsinə “malware” kodu ilə hələ ki, müdaxilə etməsələr də, ABŞ rəhbərliyi məsələyə çox ciddi yanaşır.

Rusiya bir il əvvəl Ukraynanın enerji sisteminə haker hücumunda günahlandırılmışdı. O zaman 250 min adam işıqsız qalmışdı.

Rusiya haker hücumlarını rədd edir.

XS
SM
MD
LG