Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:47

Baghdadi-nin başına qoyulan mükafat 25 milyona çatdırılıb


Iraq, Abu Bakr al-Baghdadi Mosul, 5 iyul 2014

Dekabrın 16-da ABŞ özünü İslam dövləti adlandıran yaraqlıların başçısı Abu Bakr al-Baghdadi üçün vəd etdiyi mükafatı iki dəfədən çox artırıb.

ABŞ Dövlət Departamenti Baghdadi-nin yerini deyən şəxsə 25 milyon dollar ödəyəcək. 2011-ci ildən indiyə kimi mükafat fondu 10 milyon dollar olub.

İraqlı, əsl adı Ibrahim al-Samarrai olan Baghdadi iki il əvvəl İraq və Suriyada İD-in işğal etdiyi ərazilərdə özünü xəlifə elan edib. Onu “xəlifə İbrahim” deyə çağırırlar.

Onun dəqiq yeri məlum deyil. Məlumatlara görə, o, Molsulda, ya da Suriya İD-in tutduğu ərazilərin birindədir.

ABŞ Dövlət Departamenti Bagdadinin başına qoyulmuş mükafatın artırılmasını onunla əsaslandırıb ki, Baghdadi-nin rəhbərliyi altında İD Orta Şərqdə minlərlə dinc sakinin ölümünə, Yaponiya, ABŞ və Britaniyadan girov götürülmüş şəxslərin qətlinə məsuliyyət daşıyır.

XS
SM
MD
LG