Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 10:15

Mərkəzi Bank: 'Limit təhsil və müalicə haqlarının köçürülməsinə aid deyil'


Azərbaycan Mərkəzi Bankı

Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydasında təhsil, müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) yaydığı açıqlamada belə deyilir.

Məlumatda qeyd edilir ki, tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə sözügedən qaydalar yeni redaksiyada qəbul edilib.

Buna da bax:​ Xaricə valyuta köçürülməsi sərtləşdirilir

AMB-nin İdarə Heyətinin noyabrın 28-də verdiyi qərar ilə, bəzi köçürmələrdə müəyyən limitlər tətbiq edilir.

Söhbət hesab açmadan şəxsi məqsədlərdən ötrü rezident və qeyri-rezident fiziki şəxslərin bir əməliyyat günü ərzində xaricə yalnız 1000 (bir min) ABŞ dolları köçürə bilməsindən gedirdi. Ay ərzində isə bu limit cəmi 10 000 (on min) ABŞ dolları ola bilər.

Eyni zamanda yeni Qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri əvəzində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilib.

Buna da bax: Valyuta köçürmələrinin sərtləşdirilməsi nəyə xidmət edir?

Qaydalarda xarici investisiyanın repatriasiyası (qaytarılması), investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanıb.

Qaydalar 2016-cı il dekabr ayının 8-dən qüvvəyə minir.

XS
SM
MD
LG