Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Almaniyada ‘İran casuslarını’ axtarırlar


Pakistanlı Syed Mustafa H. 2017-ci ildə Almaniyada İran üçün casusluq etməkdə ittiham olunaraq məhkum edilib
Pakistanlı Syed Mustafa H. 2017-ci ildə Almaniyada İran üçün casusluq etməkdə ittiham olunaraq məhkum edilib

Almaniya federal prokurorluğu bildirir ki, polis ölkə boyunca İran casusu olmaqda şübhəli bilinən 10 nəfərin axtarışına başlayıb.

Lakin yanvarın 16-da keçirilmiş reydlərdə heç kimin həbs olunmadığı xəbər verilir.

Federal prokurorluğun sözçüsü Stefan Biehl deyib ki, reydlərin keçirilməsinıə səbəb Almaniyanın daxili təhlükəsizliyini təmin edən kəşfiyyat orqanı - Konstitusiyanın Mühafizəsi İdarəsindən (BfV) daxil olmuş informasiya səbəb olub. BfV Almaniyada əks-kəşfiyyat əməliyyatları keçirir.

Biehl deyib ki, şübhəlilərin “İrana bağlı vahidin adından təsisat və şəxslərdən casusluq etdikləri düşünülür”.

Almaniyada çıxan həftəlik Focus jurnalının verdiyi məlumata görə sözü gedən şübhəlilər Almaniyadakı İsrail vətəndaşlarını izləməklə “məxfi xidmət fəaliyyətində” olublar.

Focus jurnalı yazır ki, reydlər Berlindəki yaşayış binalarında, habelə Baden-Vurtemberq, Şimali Reyn-Vestfaliya və Bavariya torpaqlarında keçirilib.

Prokurorlar şübhəlilərin İranın Qüds qüvvəsindən olduqları barədə sorğuya şərh verməkdən imtina ediblər. Qüds qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xaricdəki məxfi əməliyyatlarını həyata keçirir.

Qüds qüvvələrinə İİKK general-mayoru Qassem Soleymani komandanlıq edir və o birbaşa ali lider ayətüllah Ali Khamenei-nin tabeçiliyindədir.

2007-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi Qüds Qüvvələrini terror dəstəkçisi kimi qara siyahıya salıb. Nazirliyin bu barədə sənədlərində deyilir ki, Qüds Əfqanıstandakı Talibanı silah-sursatla təchiz edir, habelə Hizbullah, Həməs, Fələstinin İslami Cihadı kimi “başqa terrorçu təşkilatları” maliyyələşdirir və yönləndirir.

Ötən dekabrda Almaniya bir pakistanlının İrana agentlik etməsi ilə bağlı ölkədəki İran səfirinə etirazını bildirmişdi.

Berlinin Ali Məhkəməsi 31 yaşlı Mustufa Haidar Syed-Naqfi-ni dörd il, üç ay azadlıqdan məhrum edən hökm çıxarmışdı.

Məhkəmə müəyyən etmişdi ki, o Qüds qüvvələri üçün “Almaniya və Fransa əleyhinə” casusluq edərək Almaniyadakı mümkün qəsd hədəfləri barədə informasiya toplayırmış. Söhbət ilk növbədə almaniyalı millət vəkili və əvvəllər Almaniya-İsrail Assosiasiyasına rəhbərlik etmiş Reinhold Robbe və bir Fransa-İsrail iqtisad professorundan gedirdi.

Müstəntiqlər müttəhimdən bu adamlar və onların gündəlik həyatı barədə məlumatları əks etdirən foto və video materialları tapmışdılar. Bundan başqa pakistanlıdan bu iki hədəfin evləri və iş yerləri barədə məlumatlar çıxmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG