Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:02

Qadınlara döyülməyin izlərini makiyajla necə örtmək öyrədilir


Mərakeşin "2M TV"-də göz ətrafında və yanaqlardakı qançırları maskalamağın yolları göstərilib.
Mərakeşin "2M TV"-də göz ətrafında və yanaqlardakı qançırları maskalamağın yolları göstərilib.

Mərakeş televiziyası qadınlara məişət zorakılığı ilə mübarizə məsləhəti verib: qançırları makiyajla ört-basdır etmək.

Dövlət kanalı olan "2M TV"-də çərşənbə günü göz ətrafında və yanaqlardakı qançırları maskalamağın yolları göstərilib. Peşəkar makiyaj ustası studiyada modelin üzündəki süni "qançırlar"ı kosmetikanın köməyilə gizlədib.

AĞRILI VƏ ACI MÖVZU

"Bu, ağrılı və acı bir mövzudur. Ancaq Beynəlxalq qadınlara zorakılığa son qoyulması günündə sizə döyülmə izlərini gizlədən makiyajı göstərəcəyik. Bu, müzakirəyə cəsarət etmədiyimiz mövzudur",aparıcı gülümsəyərək söyləyib.

Buna da bax:​ Döyən əllər [Video]

Ancaq kanalın bu hərəkəti fəalları qəzəbləndirib. Onlar bu addımı məişət zorakılığını normallaşdırmaq cəhdi kimi qiymətləndiriblər.

Change.org səhifəsində petisiya yaradan fəallar həmin səhər şousunun cəzalandırılmasını tələb edirlər.

"Ailə zorakılığını makiyajla örtməyin, təcavüzkarı qınayın", – özlərini "Məsul Mərakeş Vətəndaşları" adlandıran fəallar qrupunun petisiyasında deyilir.

"Mərakeşli qadınlar və feminist fəallar olaraq, bütün Mərakeş xalqı adından qadınlara zorakılığı normallaşdırmağa yönəlmiş bu mesajı qınayırıq. Biz "Sabahiyat" şousu və "2M" kanalına qarşı sərt tədbirlər görülməsini tələb edirik", – petisiyada daha sonra deyilir.

Buna da bax: "Ərim başımı qırxdı... başıma torba keçirdi"

Fəallar petisiyanı imzalayanları bununla bağlı Audiovizual Kommunikasiya üzrə Ali Quruma müraciət etməyə çağırırlar.

2 MİN İMZA

İki gün sonra kanal üzr istəyərək proqramın həmin seqmentinin qeyri-münasib olduğunu bildirib. Kanal həmçinin bu seqmentin kanalın qadın hüquqlarının təbliğiylə bağlı 27 illik siyasətinə zidd olduğunu bildirib. Sözügedən video kanalın saytından yığışdırılıb.

Ancaq kanalın üzr istəməsi qəzəb dalğasını yatırda bilməyib. Sosial media istifadəçiləri kanalı qınamaqdadırlar. Petisiyanı isə bazar ertəsinədək 2 min nəfər imzalamışdı.

"Media qadınlara zorakılıqla mübarizə planlarının özəyinə həmlə edir. O, qadınlara zorakılığı normallaşdırır, ona haqq qazandırır və onu makiyajla örtür", – mərakeşli siyasətçi Saadiya Elbahi “Facebook” səhifəsində yazıb.

Buna da bax:​ Azərbaycanda qadınların 24 faizi zorakılıqla üzləşir

Mərakeşdə ailə zorakılığı cinayət sayılmır. "Human Rights Watch" təşkilatının 2009-2010-cu illərdə keçirdiyi sorğunun nəticələrinə görə, ölkə qadınlarının 2/3-si fiziki, psixoloji, cinsi və iqtisadi zorakılığa məruz qalıb.

QANUN LAYİHƏSİ HAZIRLANIB

Ailə zorakılığının cinayət sayılmasına dair qanun layihəsi iyulda Mərakeş parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasından keçib.

Ancaq qanun layihəsinə hələ parlamentin yuxarı – Müşavirlər Palatasında da baxılmalıdır.

Buna da bax: "İnsanlar özlərini heç kim hiss edir"

"Human Rights Watch"un Yaxın Şərq və Şimali Afrikada qadın hüquqları üzrə tədqiqatçısı Rothna Begum-un sözlərinə görə, qanun layihəsinə zorakılıq qurbanlarının hökumətdən istədikləri köməyi ala bilməsindən ötrü yetərincə ciddi tədbirlər salınmayıb.

"Bu, irəliyə doğru addımdır. Qanun layihəsində bəzi qoruyucu tədbirlər var, ancaq bu, qadının ittiham irəli sürdüyü hallara aiddir. Qadınlarsa çox zaman ailələrinin təzyiqi ucbatından ittihamı geri götürürlər", – o deyir.

Buna da bax:​

Qadına qarşı zorakılığı necə aradan qaldırmaq olar?
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG