Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:38

"İnsanlar özlərini heç kim hiss edir"


Cəzalanıb, küncə qoyulan qız
Cəzalanıb, küncə qoyulan qız

Demək olar ki, hər gün ən aglagəlməz cinayətlər, münaqişələr haqda xəbərlər yayılır. Hələ intiharlar bir yana.

Cəmiyyətin psixoloji, mənəvi durumu normaldırmı? Bu suala psixoloqlar cavab verir:

“Təmiz dünya” İctimai birliyinin sədri Mehriban Zeynalova bildirir ki, cəmiyyətdə mənəvi, psixoloji durum ürəkaçan deyil. Və bunun ağrısını daha çox qadınlar çəkməli olur.

Mehriban Zeynalova
Mehriban Zeynalova

“Mənəvi, psixoloji durum ürəkaçan deyil. Burda əsas səbəblərdən biri insanların bir-birinə inamsızlığı və dəyərlər sisteminin pozulmasıdır. əgər əvvəl rayonda, kənd yerlərində insanlar daha çox dəyərləri qoruyub saxlayırdılarsa, icma şəklində bir-birinə dəstək verirdilərsə, artıq bir biganəlik, laqeydlik hökm sürməyə başlayıb. Bu gün baş verən cinayətlərin baş verməsində daha çox namus cinayətləri adı ilə qeydə alınan hadisələrin baş verməsidir. Bu qadına qarşı olan münasibətin köklü surətdə pisləşməsidir. Buna qarşı bir siyasi təsir yoxdur. Baxmayaraq ki, biz bu məsələləri qabardırıq, müraciətlər ünvanlayırıq hələ ki siyasi təsir vasitəsi yoxdur.

Biz düşünürük ki, artıq məsələ elə həddə çatıb ki, buna siyasi təsir vasitəsi lazımdır. Baxmayaraq ki, Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün kifayət qədər addımlar atılıb, amma mental olaraq vəziyyət get-gedə pisləşir. Biz quyuya gedirik. Bu təhsilsizlikdir, bu mövhumatçılıqdır, bu dəyərlər sisteminin köklü şəkildə pozulmasıdır. Qalmışıq ortada. Bilmirik Qərblə uğraşaq, yoxsa Şərqə meyllənək”.

"ARTIQ HEÇ KİM ÖNƏM VERMİR..."

Psixoloq Dəyanət Rzayev deyir ki, cəmiyyətin mənəvi, psixoloju durumunu düzəltmək üçün heç bir profilaktik tədbirlər görülmür.

Bu gün ərəblər və ya azərbaycanlılar bir-biri ilə qışqıra danışırlarsa bu normaldır. Amma amerikalı və ya ingilis üçün bu normal deyil. Bu gün ailədaxili, yolda insanların konflikti alman cəmiyyəti üçün qeyri-normal ola bilər. Amma problem odur ki, artıq belə konfliktlərə, situasiyalara heç kim daha önəm də vermir. Artıq Azərbaycan cəmiyyətində bu normaya çevrilir. Bu təhlükəlidir. Bu gün hüquq mühafizə orqanlarının, səhiyyənin, təhsilin fəaliyyəti yəni sosial strukturlar öz funksyalarını yerinə yetirsinlər.

Polis strukturlarında daha çox kişilər çalışır. Amma post-patrul, sahə müvakilləri əsasən qadınlar olmalıdır. Çünki ailədə hansısa konflikt olanda qadın hara müraciıt etməlidir? Polisə müraciət etsə, polis özü də buna pis baxacaq. Çünki polis kişidir. Amma polisdə qadınlar işləsə çox fərqli olar vəziyyət. Profilaktika üçün ilk öncə bundan başlamaq lazımdır. Cinayət baş verməmişdən əvvəl onun qarşısını almaq lazımdır. Bizdə bu gün profilaktik tədbirlər yoxdur. Cəmiyyətin özündə bu gün biganəlik var.

ÖZLƏRİNİ İFADƏ ETMƏYƏ MƏKAN

Siyasi psixoloq Samirə Qasımlı isə düşünür ki, cəmiyyətdə mənəvi psixoloji durumunun yaxşı olmamasının əsas səbəbi insanların özünü ifadə edə biləcək məkan tapa bilməməsidir.

Samirə Qasımlı: "Özlərini heç kim hiss edirlərt..."
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

“Ətrafımızda baş verən hadisələrə baxanda biz arı-ayrı insanlarda stresin səviyyəsini görürük. İnsanlarda aqressivlik görürük. Peşəkarlar bunu analiz edəndə bunu müşahidə etmək olur ki, insanlar daha çox şüuraltı stress yaşamaqdadırlar. Əlbəttə bunun səbəbləri aydındır. Cəmiyyətdə bu gün baş verən problemlər. Düzdür bu problemlər böyük bir sistem problemidir. Böyük bir sistemin, zəncirin ayrı-ayrı halqalarında hər addımbaşı rastlaşan problemdir ki, ümumilikdə insanlar özləri də heç fərqinə varmadan şüuraltı bu stresi yaşamaqdadırlar.

Adi insan haqlarının pozulmasından tutmuş polis zorakılığına qədər, iqtisadi-sosial, maddi durumundan tutmuş, bütün hallarda insanların özünü ifadə edə bilməməsi, öz tələbatını ödəyə bilməməsi şüuraltında mövcud olan narahatlığı daha da artırır. Bu da hamısı stresin çoxalmasına gətirib çıxarır. Bütün bunlar statistikada da öz əksini tapır. Cinayətkarlıq, ailə zorakılığı artır. İnsan onun haqqı tapdanırsa, məhkəmədə belə o özünü qoruya bilmir. Bu gün insanların sığınacaq tapa biləcəyi dayanacaq nöqtəsi belə yoxdur.

Kobud səslənsə də insanlarımız artıq özlərini “heç kim” hiss edir. Bunu çox insanlarda eşidirik ki, deyir “ Mən kiməm ki?”, “ Mən nəyəm ki?”. Belə suallar verirlər. Artıq vəziyyət o həddə çatıb ki, insanlar özlərini hətta ən primitiv səviyyədə qəbul edə bilmir. Bütün bu problemlər şüuaraltı stres səviyyəsində məişətdə, cəmiyyətdə özünü göstərir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG