Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:11

Bakıda iki şəxsin özünü asdığı deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

Bakıda iki intihar hadisəsinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Azər Məmmədovun yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Onun özünə qəsd etdiyi güman edilir. Ancaq bunun səbəbi aşıqlanmır.

Digər hadisənin isə Xətai rayonunda baş verdiyi söylənir. Bu rayon sakini Fərman İsmayılovun da yaşadığı ünvanda asılmış meyiti tapılıb.

Hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Son vaxtlar ölkədə intihar hallarının artdığı deyilir. Müstəqil ekspertlər ölkədə intiharların səbəblərini ayrılıqda araşdıran mərkəzin yaradılmasını təklif edirlər. Mətbuatda dərc edilən araşdırmalarda isə qeyd edilir ki, insanlar daha çox maddi problemlər və hüquqsuzluq üzündən intihar yolunu seçirlər.

XS
SM
MD
LG