Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

-

Axşam saatlarında Neftçala rayonunda gənc qızın özünü Kür çayına atdığı bildirilir.

APA-nın xəbərinə görə, Neftçala rayonunun 1-ci Qaralı kənd sakini 19 yaşlı Şəfa Şakir qızı Məmmədovanın özünü Kür çayna ataraq intihar etdiyi deyilir.

Hazırda FHN-nin xilasetmə xidməti meyitin axtarışlarına başlayıb. Olayın səbəbi açıqlanmır.

Bu gün ölkədə daha iki intihar xəbəri yayılmışdı.

Günün ikinci yarısı Binəqədidə 29 yaşlı gəncin özünü asdığı deyilirdi.

Bundan əvvəl isə Tərtər rayonunun Sarov kəndində 4 uşaqlı ananın canına qıydığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG