Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:03

S.Seyidov: 'Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar, yəqin buna hazırlıq gedir'


Səməd Seyidov
Səməd Seyidov

“Pedro Agramunt-un istefası ümidverici hadisədir və AŞPA-nın nüfuzunun yenidən bərpasıdır, onun mötəbər, etibarlı, etimad doğuran qurum kimi tanınması baxımından təqdirəlayiqdir”, – Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt-un istefa qərarını belə dəyərləndirir.

Onun sözlərinə görə, bu cür siyasətçilər Avropa qurumlarına rəhbərlik etməməlidirlər.

Buna da bax:​ P.Agramunt istefa verib

“Mənə elə gəlir, Agramunt kimi siyasətçilərin, mötəbər qurumlara rəhbərlik edən şəxslərin adlarının bu cür qalmaqallarda hallanması – söhbət onun Rusiya tərəfindən təşkil olunan Suriyaya səfərindən gedir – Avropa qurumları üçün qəbuledilməzdir və kifayət qədər məsuliyyətsiz davranışdır.

Anar Məmmədli
Anar Məmmədli

Səməd Seyidov: “Mən Avropa Şurasına görə narahatam”

Eyni zamanda, Agramunt-un adı Azərbaycanla bağlı qalmaqallarda hallanan siyasətçidir. “Kürü diplomatiyası”nın aparıcı fiqurlarından biri kimi tanınır. Bütün hallarda yubanmış addımdır və bu cür şəxslər Avropa qurumlarına rəhbərlik etməməlidirlər, AŞPA kimi qurumu gözdən salır”, – SMDT rəhbəri söyləyir.

Anar Məmmədlinin qənaətincə, bu hadisə Avropa Şurası, AŞPA üçün dərs oldu.

Buna da bax: Vitse-spiker: ‘İlqar Məmmədova görə düşüblər Azərbaycanın üstünə...’

Səməd Seyidov: “Bu hadisə Avropa Şurasının böhran içində olduğunu göstərdi”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AzadlıqRadiosu-na Pedro Agramunt-un “şəxsi məsələlərə görə” istefa verdiyini deyir:

“Agramunt öz açıqlamasında hər şeyi izah edib”.

Bununla belə, deputat hesab edir ki, bu hadisə AŞPA-da böhran olduğunu göstərdi. Onun qənaətincə, son zamanlar Avropa Şurasında, AŞPA-da baş verənlər bu qurumların təməl prinsiplərindən geri çəkilməsinin sübutudur. O, bəzən də Avropa dəyərlərindən alət kimi istifadə edildiyini bildirir.

Anar Məmmədli: “Bu istefa AŞPA-ya dərs oldu”

Səməd Seyidov fikrini əsaslandırmaq üçün deyir ki, növbəti həftə AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı gözlənilən müzakirələr də buna xidmət edir: “Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar. Yəqin indi buna hazırlıqlar gedir, müzakirələr aparılır”.

Buna da bax:​ Prezident: 'Azərbaycan Avropa Şurasını tərk etsə...'

Səməd Seyidov bunu Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşması, TAP TANAP layihələrinin reallaşması ilə izah edir. Ancaq o, AzadlıqRadiosu-nun “Siz Azərbaycanla bağlı müzakirələrə görə narahatsınızmı” sualına belə cavab verib: “Mən Avropa Şurasından narahatam, Azərbaycana görəsə narahat deyiləm”.

Anar Məmmədli isə Səməd Seyidovun yanaşmasıyla razılaşmır, o, Avropa Şurasının məhz Pedro Agramunt-un rəhbərliyə gəlişindən sonra böhrana düşdüyünü iddia edir: “O, bir qayda olaraq, Avropa Şurasının təməl prinsiplərindən kənara çıxan mövqe sərgiləyirdi. Onun prezident seçilməsi AŞPA-nı böhrana gətirdi və AŞPA prinsiplərindən uzaqlaşdı”.

Rövşən Rzayev: “Pedro Agramunt siyasi təcrübəsi yüksək olan siyasətçidir"

Anar Məmmədlinin qənaətincə, məhz bu istefadan sonra AŞPA-da islahatlar, bu qurumun demokratiya, insan hüquqları məsələsində daha tutarlı mövqe sərgiləməsi üçün yeni mərhələ başlayır.

Buna da bax: S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’

Rövşən Rzayev: “Pedro Agramunt Azərbaycana qarşı ədalətli mövqeyi ilə seçilirdi”

Rövşən Rzayev
Rövşən Rzayev

“Pedro Agramunt siyasi təcrübəsi yüksək olan siyasətçidir və Azərbaycana qarşı hər zaman ədalətli mövqedən çıxış etdiyi üçün bizim onu dəstəkləməyimiz normaldır”, - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, bitərəf deputat Rövşən Rzayev belə deyir.

O ki qaldı, Agramunt-un adının siyası qalmaqallarda hallanmasına, keçmiş müavini Luca Volonte ilə bağlı korrupsiya iddialarının araşdırılmasına, deputat deyir: “Məndə olan məlumata görə, orda heç bir cinayət əməli yoxdur. Sadəcə, xoşagəlməz hallar olduğu bildirilir. Amma belə ciddi nəsə yoxdur”.

Buna da bax:​ Avropa Şurasının rəhbəri Azərbaycan barədə ‘ən son addımın’ atılmasını istəyir

XATIRLATMA

AŞPA Pedro Agramunt-un vəzifəsindən uzaqlaşdırılması məsələsini payız sessiyasında onsuz da səsverməyə çıxaracaqdı.

Yazda onun prezidentlikdən kənarlaşdırılması təklifinə Assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imza atmışdı.

İndiyədək AŞPA prezidentinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prosedur yox idi. Artıq, buna imkan verən sənəd qəbul olunub. Ancaq Pedro Agramunt AŞPA-nın iyun sessiyasına gəlməmişdi.

Bu ilin aprelində isə AŞPA Bürosu onu iclasa gəlmədiyinə, Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə və Bashar Assad-la görüşü haqqında açıqlama vermədiyinə görə, vəzifəsinin icrasından kənarlaşdırmışdı.

Buna da bax:​ R.Sekuta: 'ABŞ güclü, müstəqil və demokratik Azərbaycan görmək istəyir'

Agramunt-un adı həm də keçmiş müavini Luka Volonte ilə birgə korrupsiya qalmaqalında hallandırılır. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb.

Agramunt-un adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır.

Tənqidçilər onu Bakı və Moskvanın maraqlarından ötrü lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.

Azərbaycan rəsmiləri isə belə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, belə iddialar qərəzli, Azərbaycanı sevməyən qüvvələrin uydurma və böhtanlarından ibarətdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG