Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:17

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinin icrasından de-fakto uzaqlaşdırılan Pedro Agramunt bu gün, oktyabrın 6-da istefa verdiyini açıqlayıb.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, Pedro Agramunt bu haqda özünün “Twitter” mikrobloqunda məlumat yayıb.

P.Agramunt istefasını şəxsi səbəblərlə izah edib.

“Şəxsi səbəblərdən bu gün AŞPA-ya sədrlik etməmək qərarına gəldim”, – o, yazıb.

Buna da bax:​ Pedro Agramunt: ‘Suriyaya ziyarətimə pis don geyindirmək üçün...’

Elə bu gün, oktyabrın 6-sı 58 beynəlxalq QHT müraciət yayaraq AŞPA prezidentini vəzifədən uzaqlaşdırmağa çağırmışdı.

Aralarında Azərbaycan təşkilatlarının da olduğu 58 QHT-nin müraciətində deyilir ki, Agramunta etimad səsverməsi AŞPA-nın insan haqlarının və qanunun aliliyinin müdafiəçisi nüfuzunu yenidən canlandıra bilər.

XATIRLATMA

AŞPA Pedro Agramunt-un vəzifəsindən uzaqlaşdırılması məsələsini payız sessiyasında onsuz da səsverməyə çıxaracaqdı.

Yazda onun prezidentlikdən kənarlaşdırılması təklifinə Assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imza atmışdı.

Buna da bax: AŞPA korrupsiya araşdırması qərarını təsdiqləyib

İndiyədək AŞPA prezidentinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prosedur yox idi. Artıq, buna imkan verən sənəd qəbul olunub. Ancaq Pedro Agramunt AŞPA-nın iyun sessiyasına gəlməmişdi.

Bu ilin aprelində isə AŞPA Bürosu onu iclasa gəlmədiyinə, Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə və Bashar Assad-la görüşü haqqında açıqlama vermədiyinə görə, vəzifəsinin icrasından kənarlaşdırmışdı.

Agramuntun adı həm də keçmiş müavini Luka Volonte ilə birgə korrupsiya qalmaqalında hallandırılır. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb.

Buna da bax:​ QREKO-dan AŞPA-ya antikorrupsiya tövsiyələri

Agramuntun adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqlarından ötrü lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.

Azərbaycan rəsmiləri isə belə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, belə iddialar qərəzli, Azərbaycanı sevməyən qüvvələrin uydurma və böhtanlarından ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG