Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:48

AŞPA korrupsiya araşdırması qərarını təsdiqləyib


Luca Volonte

Bu gün, aprelin 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deputatlar bəzi üzvlərlə bağlı korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrupun yaradılması barədə qərarı təsdiqləyiblər.

Qrupa AŞPA-nın bəzi hazırkı və keçmiş üzvlərinin Assambleyanın Davranış Kodeksini pozub-pozmadıqlarını araşdırmaq tapşırılıb.

Buna da bax:​ Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb

Qrup Davranış Kodeksinin 19 və 20-ci bəndlərinə uyğun olaraq Assambleyanın hazırki və ya keçmiş üzvləri ilə bağlı tədbirlərin görülməsindən ötrü sübutların yetərli olub-olmadığını müəyyən etməlidir.

Korrupsiya faktlarının araşdırılması üzrə qrupun yaradılması barədə qərar ötən gün Avropa Şurası Bürosunda qəbul edilib. Qrupun tərkibi Büronun növbəti iclasında təsdiqlənəcək.

Bəzi məlumatlara görə, korrupsiya qalmaqalının mərkəzində AŞPA rəhbəri Pedro Agramunt və onun keçmiş müavini Luka Volonte durur.

Buna da bax: Səməd Seyidov: 'Avropa Şurası bu gün gərgin dövr yaşayır'

İtaliyalı L.Volonte Azərbaycan nümayəndələrindən pul almaqda, P.Agramunt isə rəsmi Bakı və Rusiyanın maraqlarının lobbiləşdirilməsində ittiham olunur.

İki gün əvvəl, aprelin 24-ü AŞPA sessiyasının ilk günüdə deputatlar bu qurumun prezidenti P.Agramunta çıxış etməyə belə imkan verilməmişdilər. Ona Suriyaya gedib Bəşər Əsədlə görüşməsi irad tutulmuşdu.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə bir qayda olaraq bəzi avropalı deputatların pulla əla alınması iddialarında onların adlarının çəkilməsini qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG