Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:27

Pedro Agramunt: ‘Suriyaya ziyarətimə pis don geyindirmək üçün...’


Avropa Şurası Parlament Assambleyasının prezidentinin Suriya səfəri, Mart 2017

AŞPA rəhbəri özünümüdafiəyə qalxdı. “Reqlamentin dəyişdirilməsi həm ədalətsiz, həm də qanunsuzdur” dedi.

“Mənim dialoq istəyimin qurbanıyam. Halbuki mənim Rusiya və Fransa ilə bağlı mövqeyim Fransa prezidentinin mövqeyi ilə eynidir”.

Avropa Şurası Parlament Assambleyasının prezidenti vəzifəsinin icrasından de-fakto uzaqlaşdırılmış Pedro Agramunt-un iyulun 2-də axşam yaydığı bəyanatda belə deyilir.

Buna da bax:​ Agramuntun prezidentliyi payızda səsverməyə çıxarılacaq

Bəyanatda Suriyaya səfərinin təfərrüatlarından danışan Agramunt bu ölkəyə parlament sədrinin dəvəti ilə getdiyini vurğulayır.

“Təəssüf ki, səfərimdən bir neçə gün sonra Suriyada kimyəvi hücumlar baş verdi. Mən bu hücumları dərhal qınadım. Bu qorxulu bombalamanın bir neçə gün əvvəl baş tutan ziyarətimlə heç bir əlaqəsi yox idi. Ancaq ziyarətimə pis don geyindirmək üçün bu hadisədən də istifadə etdilər”.

P.Agramunt onun səfəriylə eyni vaxtda yüksək rütbəli Avropa Birliyi təmsilçilərinin Avropanın müxtəlif şəhərlərində Suriyada sülhün əldə olunması ilə bağlı müzakirələr apardıqlarını xatırladır və səfərinin missiyasının bu müzakirələrdən fərqli olmadığını vurğulayır. O, hətta bu məsələdə mövqeyinin Fransa prezidentinin mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayır.

Buna da bax: AŞPA prezidentinin işdən uzaqlaşdırılması asanlaşdı

“Ancaq AŞPA-nın bəzi üzvləri səfərimdən mənə qarşı “xaç yürüşü” başlatmaq üçün istifadə etdilər və pis niyyətlə yararlandılar”, - yazan Agramunt bu “hücum”da Rusiya ilə münaqişədə olan Ukrayna nümayəndə heyətinin əsas rol aldığını bildirir.

O, AŞPA prezidentinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qurumun reqlamentinə edilən dəyişikliklərdən narazılığını isə sərt şəkildə ifadə edib: “Reqlamentin dəyişdirilməsi həm ədalətsiz, həm də qanunsuzdur”. Agramunt əlavə edir ki, reqlament dəyişiklikliyin onun AŞPA prezidentliyindən kənarlaşdırılması üçün yetərli deyil.

Onun qənaətincə, verilmiş qərar əvvəllər baş verənlərə deyil, o qəbul edildikdən sonra olacaqlara şamil edilə bilər.

Buna da bax:​ Pedro Agramunt səlahiyyətlərindən məhrum edildi

Bəyanatın sonunda P.Agramunt AŞPA-da baş verənlərin şərəfinə toxunduğunu, bu üzdən özünü müdafiəyə qalxmaq zorunda qaldığını da vurğulayıb. ”Gələcək haqlı olduğumu isbat edəcək”, – o əlavə edir.

XATIRLATMA

AŞPA bu qurumun prezidenti Pedro Agramunt-un vəzifəsindən uzaqlaşdırılması məsələsini payız sessiyasında səsverməyə çıxaracaq.

Onun prezidentlikdən kənarlaşdırılması təklifinə Assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imza atıb.

İndiyədək AŞPA prezidentinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prosedur yox idi. İyunun 27-də Parlament Assambleyasının yay sessiyasında buna imkan verən sənəd qəbul olunub.

Buna da bax: Agramunt 'yoxa çıxıb'

Pedro Agramunt AŞPA-nın iyun sessiyasına gəlməyib.

Bu ilin aprelində isə AŞPA Bürosu onu iclasa gəlmədiyinə və Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə, Bashar Assad-la görüşü haqqında açıqlama vermədiyinə görə AŞPA sədri vəzifələrinin icrasından kənarlaşdırıb.

Agramuntun adı həm də keçmiş müavini Luka Volonte ilə birgə korrupsiya qalmaqalında hallandırılır. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb.

Buna da bax:​ Kürü diplomatiyası AŞPA prezidentinə də çatdı [video]

Agramuntun adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqları üçün lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG