Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:19

Avropa Şurası Parlament Assambleyası üzvlərinin Davranış Məcəlləsinə dair Korrupsiyaya qarşı mübarizə qrupu dövlətlərinin (QREKO) dəyərləndirilməsi açıqlanıb.

“Turan”ın məlumatına görə, sənəddə Məcəllədəki bir sıra əhəmiyyətli catışmazlılqar sadalanır və həmçinin onun yaxşılaşdırılmasına zərurət yarandığı vurğulanır.

QREKO sədri Marin Marçel Assambleyanın üzləşdiyi korrupsiya əleyhinə addımlar atmasını alqışlayıb: “ Korrupsiyaya qarşı xəbərdarlıq və korrupsiya əleyhinə fəaliyyət bizdən başlayır. Mən inanıram ki, AŞPA düzgünlüyün təmin olunmasında QREKO-nun rəyini nəzərə alacaq”.

QREKO bu dəyərləndirməni AŞPA-nın prosedur qaydaları, immunitet və institutsional işlər üzrə Komitəsinin xahişilə hazırlayıb.

Bu həftə iyunun 27-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında qurumun prezidentini, onun vitse-prezidentlərini və komitə sədrlərini vəzifəsindən uzaqlaşdırmağa imkan verən sənəd qəbul olunub. Sənəddə qurumun daxili prosedurunda dəyişiklik nəzərdə tutulub. Səs çoxluğu ilə həmin dəyişiklik qəbul olunub.

Müzakirədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu addım təşkilatın gələcəyinə hesablanmayıb, sadəcə kimlərisə cəzalandırmağa yönəlib və “əcinnə ovu”na gətirib çıxara bilər.

AŞPA-nın indiki prezidenti Pedro Agramuntun adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqları naminə lobbiçilik etməkdə suçlayırlar. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG