Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:56

R.Sekuta: 'ABŞ güclü, müstəqil və demokratik Azərbaycan görmək istəyir'


Robert Sekuta

“ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir. Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta (Robert Cekuta) deyib.

R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyət kəsb edən üç sahəni əhatə edir:

“Birinci sahə enerji, iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları, qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq".

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasına da münasibət bildirən R. Sekuta qeyd edib ki, onun saxlanılması ilə bağlı narahatlıqlarını ifadə ediblər:

Buna da bax: 'Azəri-Çıraq-Günəşli' üzrə yeni saziş imzalandı

"Biz Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk. İnanırıq ki, bu pozitiv addım Azərbaycanda demokratiya və insan haqlarına pozitiv yanaşmanın bir başlanğıcı olacaq”.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, o sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG