Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 15:15

'Elə adam var ayağında 2 hektar torpağı var gizlədir' [video]


Hökumət neftin pulu azalmağa başlayandan sonra kasıbın pulunu kəsməyə başlayıbmı?

AzadlıqRadiosu-na danışanlar deyirlər ki, ünvanlı sosial yardımın alınması elektron sistemə keçəndən sonra bura müraciət etmək çətinləşib, məsələn, tutaq ki, adında iki telefon nömrəsi olanı yeni sistem kasıb kimi tanımayıb pul verməyə bilər.

İmişli sakini, 2-ci qrup əlil Rəşad Şükürov deyir ki, anasının vəfat etməsi haqqında arayışı vaxtında təqdim etmədiyi üçün yardımı kəsilib:

Buna da bax:​ Ünvanlı sosial yardımın kəsilməsi haqqında məlumatlar var... [video]

“Getdim mənə dedilər ki, dəyişiklik olub, siz oxumamız, kəsilib yardım. Gəlirim 170 manatdır. Ailəmizdə beş nəfərik. Bu pulla işıqpulu verirəm, qaz pulu verirəm. Uşaqdır, azarlayır, həkim də bir yandan. Balaca uşaqlardır. Biri üç yaşında, biri də altı yaşına keçib”.

Astaradan şikayətçi Xalid Məmmədov deyir ki, 2014-cü ildən yardımı kəsilib. Sübut edə bilmir ki, adına avtomobil olan adam o deyil:

“Dörd dəfə nazirin qəbulunda olmuşam. Elektron sistemdə adıma gah telefon nömrəsi çıxır. İndi də maşın yazılıb. Guya 2009-cu ildən mənim adımadır. Lakin bu adamla mənim familiyam eynidir. Amma bu adam başqa rayondandır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə hökumət 48 min ailəyə yardım verirdi.

Buna da bax: Astarada ünvanlı sosial yardım alanlara imtina cavabları gəlir

2014-cü ilə qədər bu rəqəm əsasən yüksəlib, 2014-cü ldə 143 min-ə çatıb, həmin ildən neft ucuzlaşmağa başlayıb. 2015-ci ildə yardım alan ailələrin sayı 95 minə düşüb. 2016-da isə artım müşahidə olunub - rəqəm 105 minə qalxıb. 2016-cı ilin sonunda artıq bu rəqəm 163 minə qalxıb.

2016-cı ilin sonuna olan məlumata görə, bir ailə ortalama 150 manat yardım alır.

Rəşad Həsənov

Rəşad Həsənov

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadi təhlilçisi Rəşad Həsənov deyir ki, onlar da elektron sistemə keçiddən sonra yardım almağın çətinləşməsi barədə şikayətlər alırlar. O, azalan büdcə pulları fonunda hökumətin kasıblara ayrılan pul hesabına qənaət etməsini istisna etmir.

Belə ki, anlaşılmazlıqlar həll edilənə qədər insanlar faktiki olaraq pul almırlar.

Buna da bax:​ Biləsuvarda sosial yardım almayanların yolu bağladığı deyilir

Rəşad Həsənov hesab edir ki, iqtisadi durum pisləşəndən sonra ünvanlı yardım alanların sayı məntiqlə artmalı idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyir ki, deyilənlər əsassızdır, ünvanlı yardımın şəffaf olması üçün 20 dövlət qurumu əlaqəli işləyir:

Elman Babayev

Elman Babayev

“Elə adam var ayağında iki hektar torpağı var gizlədir. Və ya ailə tərkibi haqqında düzgün məlumat vermir. Tutaq ki, ailədə üç nəfərdir, bir nəfərin adına avtomobil var, elektron sistemə müraciət edəndə həmin ailə üzvünü gizlədir. Ona görə də bu sistem kimə sərf eləmir, başqa cür qələmə verir ki, bu sistem şəffaf deyil. Əksinə, daha da rahatlaşıb”.

Buna da bax:​ Torpağı alınan mülkiyyətçi kompensasiya almadan ölüb

Deputat Vahid Əhmədov AzadlıqRadiosu-na deyib ki, bəzi rayonlarda kasıb ailələrə sosial yardımı dayandırmaqdan ötrü fermer təsərrüfatı layihələri üzərində iş gedir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilki iclasında demişdi ki, sosial yardım ələbaxımlılıq yaradır, indi hökumət yardımlar edəcək ki, hər kəs öz işini qursun.

Elman Babayev bildirir ki, yaxın vaxtlarda ünvanlı sosial yardımın kəsilməsi gündəmdə deyil.

Buna da bax:

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG