Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:46

“Ailəmizin yeganə gəliri aldığım 140 manat pensiyadır. Adambaşına heç 30 manat düşmür.Kiçikhəyətyanı sahəmiz var, orda tərəvəz əkirik, özümüz istifadə edirik. Faktiki olaraq aclıq keçirdirik…”

Astara rayon Rüdəkənar kənd sakni Ülvi Quliyev iqtisadi vəziyyətin ağır olduğunu dilə gətirir.Onun sözlərinə görə, illərdir ki, ağır iqtisadi vəziyyətdə yaşayır:

“Üç qızım var, üçü də məktəblidir.Ötən il onları məktəbə göndərə bilmirdim, ayaqqabıları yox idi. Azadlıq Radiosuna dərdimi danışdım. Ondan sonra çağırıb, azca da olsa yardım etdilər. İnanın ki, aciz deyiləm. Hər iş olsa işləyərəm. Yoxdur…Məcbur olub ünvanlı sosial yardım almaqdan ötrü Əmək və Əhalinin Social Müdafiəsi nazirlyinə müraciət etmişəm”

Buna da bax: Ünvanlı sosial yardım qaydası dəyişir

“Sənədləri ötən ilin sentyabrında nazirliyə göndərmişəm”

Ülvi Quliyev tələb olunan sənədləri toplayıb nazirlyin elektorun ünvanına göndərib:

“Sənədləri ötən ilin sentyabrında nazirliyə göndərmişəm. Ərizə forması var, onun əsasında. Nazirlikməcbur edir ki, idarələrdən arayış alaq, sənəd toplayaq. İnanın ki, bu işə xeyli pul sərf etmişəm, vaxt gedib.”

Kənd sakinin bildirməsinə görə,toplanan bütün sənədlər notariat kontorunda təsdiq olunub:

“Üç aydan sonra məlumat gəldi ki,...”

Azərbaycan manatı

Azərbaycan manatı

“Sənədlərim reyestrdə 7 E-11747 nömrə ilə qeyd edilib. Nazirliyin tələb etdiyi kimi məlumatı elektron qaydada doldurub, göndərdik. Cavab gəldi ki, qəbul olunub. Ünvanlı sosial yardım almaqdan ötrü kart da aldıq. Üç aydan sonra məlumat gəldi ki, ünvanlı sosial yardım alınması üçün edilmiş müraciətdən imtina olunub. Səbəb isə göstərilir ki, guyamən və həyat yoldaşım Vəsilə Quliyevanın torpaq mülkiyyəti haqqında məlumat verməmişik. ”

Onun dediyinə görə, bir aya yaxındır ki, adlarına torpaq olmadığını sübut etməkdən ötrü sənədlər toplayır. Nazirlik isə təkrar-təkrar onların adında torpaq olduğunu bildirir:

Buna da bax: Biləsuvarda sosial yardım almayanların yolu bağladığı deyilir

“Torpaq yoxdur axı”

“İcra nümayəndəsindən, bələdiyyədən arayış almışam. Həqiqətən nə mənim adımda, nə də həyat yoldaşımın adında payıbəlli torpaq var. Varsa verin. Torpağı mənə verin, yardımdan imtina edim. Torpaq yoxdur axı...”

Astara rayonun digər sakini Sədaqət Abbasov da ünvanlı sosial yardımın verilməməsindən danışır:

“Ötən ilin iyulunda ünvanlı sosial yardım almaq üçün nazirliyə müraciət etmişəm. Yardım təyin olunub, 5 ayalmışam. Bu yaxınlarda nazirlikdən imtina məktubu gəlib. Yardım dayandırılıb. Mənə yazıblar ki, torpaq sahəsi haqqında məlumat verməmişəm. Halbuki, bütün məlumatlar verilib. Mənə bir il qadağa qoyublar.”

“Müxtəlif bəhanələr gətirərək sosial yardım verilməsindən imtina edilir ”.

Ehtiyacı olanlar ünvanlı sosial yardım almaqdan ötrüməlumatları nazirliyə internet klublardan göndərirlər. Klublardan birinin adının çəkilməsini istəməyən sahibinin dediyinə görə, 2017-ci ildə onun təmasda olduğu insanlardan ünvanlı sosial yardım alan olmayıb:

“Sənədləri elektron qaydada nazirliyə göndəririk. Sənədlər qəbul olunur, lakin müxtəlifbəhanələr gətirərək, sosial yardım verilməsindənimtina edilir. Əsasən yazılır ki, kənd təsərrüfatı sahibkarlığı ilə məşğulluq barədə məlumatı öz təsdiqini tapmayıb. Guya təsərrüfatı yoxlayıblar. Vətəndaşlar isə deyir ki, yoxlama olmayıb.”

Pul yoxdur

İqtisadçı Vidadi Mirzəyev ünvanlı sosial yardımın verilməsinin kütləvi şəkildə dayandırılmasını təbii sayır. Onun sözlərinə görə, problem vəsaitin olmamasındadır :

“Ünvanlı sosial yardım almaq istəyənləri məcbur elədilər ki, Vergilər Nazirliyindən VÖN götürsünlər. Vətəndaş VÖN götürəndən sonra, fiziki şəxs kimi qeydə alınırdı. İşsizi bu yolla işlə təmin edirdilər. Gördülər ki, axının ardı kəsilmir, torpaq məsələsini atdılar ortaya. İndi açıq şəkildə imtina məktubları gəlir.”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən isə suallarımıza ətraflı cavab verilmədi. Yalnız onu bildirdilər ki, ünvanlı sosial yardımın verilməsi elektron qaydada həyata keçirilir. Vətəndaş birbaşa nazirliyə müraciət edir. Cavabını da nazirlikdən alır.

Aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi 2006-cı ildə qəbul edilmiş “Ünvanlı Dövlət sosial yardımı haqqında” qanunla həyata keçirilir. Yardımı Dövlət Sosial Müdafiə Fondu reallaşdırır.

Həmin vaxtdan Azərbaycanda uşaq pulların verilməsi dayandırılıb.

Prezident nə deyirdi?

Prezident İlham Əliyev, hələ ötən ilNazirlər Kabinetinin iclasında bu məsələyə də toxunaraq demişdi ki, dövlət qurumları ünvanlı sosial yardım əvəzinə vətəndaşların «öz işini qurmasına» şərait yaratmalıdırlar:

İlham Əliyev, 2014-2018-ci il sosial iqtisadi inkişaf proqramı ilə bağlı çıxış edir, 30 yanvar 2017

İlham Əliyev, 2014-2018-ci il sosial iqtisadi inkişaf proqramı ilə bağlı çıxış edir, 30 yanvar 2017

«Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır».

Elə o vaxtdan bəzi ekspertlər ünvanlı sosial yardımların verilməsinin tədricən dayandırılacağını proqnozlaşdırırdılar

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG