Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:27

Biləsuvarda sosial yardım almayanların yolu bağladığı deyilir


Sakinlər etiraz olaraq yolu bağlayıblar (arxiv fotosu).

Bu gün, aprelin 5-də Biləsuvar rayonunda yerli sakinlərin etiraz aksiyası keçirdikləri bildirilir. Onların sosial yardımların verilməməsinə etiraz etdiyi söylənir.

Bu barədə AzadlıqRadiosu-na yerli sakinlər danışıblar.

Verilən xəbərə görə, etiraz edənlər əsasən Xırmandalı və Bəydili kəndinin sakinləri olub. Onlar yolu bağlayıblar.

Buna da bax:​ Ünvanlı sosial yardımın kəsilməsi haqqında məlumatlar var... [video]

Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, iki aydan çoxdur ki, sosial müavinət ala bilmirlər:

“Sosial yardımların verilməsi dayandırılıb. Onlarla sakin heç bir gəlir yerinin olmaması barədə lazım olan sənədləri toplayıb, təqdim edib. Əvvəllər müraciətlərə qanuni baxıb müavinət kəsirdilər. Ancaq bayramdan başlayaraq bütün müraciətlərə rədd cavabı verirlər”.

Onun bildirdiyinə görə, kəndlilərin əsas narazılığı da elə bu səbəbdəndir.

Verilən xəbərlərə görə, sakinlər Ələt-Astara avtomobil yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsini bağlayıblar. Magistral yol yarım saatdan artıq, polis əməkdaşları gələnədək qapalı qalıb.

Buna da bax:​ 'Müavinətlər gecikir, çörəyi də nisyə alıb yeyirik'

Polis əməkdaşlarının aksiyada fəallıq edən bir neçə sakini saxladığı bildirilir.

Aksiya zamanı magistral yolda uzun tıxac yarandığı qeyd edilir.

Sakinlərin bildirdiyinə görə, aksiya yerinə Biləsuvar rayon icra hakimiyyətinin başçısı və müavinləri də gəliblər. Onlar etiraz edənlərə yardım ediləcəyini bildirdikdən sonra sakinlər dağılışıb.

Biləsuvar rayon Polis Şöbəsindən aksiya zamanı saxlanılanlar barədə deyilənlərə münasibət bildirməyiblər. Şöbənin növbətçisi sualları eşitsə də cavab verməyib.

Buna da bax:​ Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]

Məsələyə, hələlik Biləsuvar rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsindən də münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG