Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:00

Torpağı alınan mülkiyyətçi kompensasiya almadan ölüb


Oğuz-Qəbələ-Bakı su kəmərinin əsası 2007-ci ildə qoyulub.
Oğuz-Qəbələ-Bakı su kəmərinin əsası 2007-ci ildə qoyulub.

«Torpaqları Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə düşmüş mülkiyyətçilərə verilməli olan vəsaitlər hara xərclənib, bilinmir. Bu məsələ ilə bağlı məhkəmələrə təzyiqlər edirlər».

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib.

Hüquq müdafiəçisi deyib ki, bu təzyiqlər nəticəsində 3 mülkiyyətçinin şikayəti 6 il məhkəmələrdə davam edib: «6 ildən sonra Oğuz rayonundan olan 2 mülkiyyətçinin xeyrinə qərar çıxarılıb. Ancaq 11 aydır ki, qərar icra olunmur».

Hüquq müdafiəçisi deyib ki, torpağı əlindən alınan Qəbələ sakini Əli Soltanov kompensasiyanı almadan vəfat edib.

Mərhum Ə.Soltanova məxsus 36 sot torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin altına düşüb. Həmin sahə dövlət ehtiyaclarından ötrü alınsa da, kompensasiya ödənilməyib: «O, 2006-cı ildə bu torpaqlara görə kompensasiyanın ödənilməsi ilə bağlı «Azərsu» ASC-yə müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. 2011-ci ildən isə məhkəmələrə müraciət edib».

M.Qəhrəmanlının deməsinə görə, yalnız 2016-cı ildə Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə Ə.Soltanova «Azərsu» ASC-nin 43000 manat verməsi barədə qərar çıxarılıb: «Hal-hazırda «Azərsu» ASC-nin verdiyi şikayəti əsasında mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır. 2017-ci ilin fevral ayında Ə.Soltanov kompensasiya almadan vəfat etdi».

2006-cı ildə prezident İlham Əliyevin sərəncamına əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməyə başlanıb.

Su kəmərinin çəkilişi ilə bağlı Oğuz və Qəbələ rayonlarından 3 min 250 mülkiyyətçinin torpaqları dövlət ehtiyacı adı ilə alınıb. Ancaq bir çox insanlar, hələ də, kompensasiyalarını ala bilməyib.

Kəmər 2010-cu ildə istismara verilib.

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, «Azərsu» ASC-dən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG