Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:05

Abşeron və Ağcabədidə Olimpiya İdman Kompleksləri açılır


İlham Əliyev, 23 dekabr 2016

Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi yaradılıb. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki Olimpiya İdman Kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi isə davam edir.

Bunu prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2016-cı ilin yekunlarıyla bağlı çıxışında deyib.

Prezident deyib ki, hansı rayonda idmanla məşğul olmağa şərait yoxdur, orada da bu təmin olunacaq:

"Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq".

Multimedia

XS
SM
MD
LG