Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

ABŞ-Rusiya münasibətlərinin korlanması Azərbaycana nə vəd edir?


ABŞ-Rusiya çəkişməsində Azərbaycanın rolu necə olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:09:45 0:00

ABŞ-Rusiya çəkişməsində Azərbaycanın rolu necə olmalıdır? [A-Live]

Rusiya prezidenti Vladimir Putin onun ölkəsinə qarşı ABŞ-ın yeni sanksiyalarını «yekəxanalıq» adlandırıb. Putin ardınca da əlavə edir ki, buna cavab verməli olacaqlar.

Dünyanın iki güc ölkəsinin münasibətlərinin kəskinləşməsi Azərbaycana necə təsir göstərəcək? İki ölkənin qarşıdurması Azərbaycanın indiyəcən yürütdüyü “balanslı xarici siyasət”ə nə vəd edir? Qarşıdakı dəqiqələrdə bu suallara cavab tapmağa çalışacağıq.

Buna da bax:​ Trump: «ABŞ-Rusiya münasibətləri ən aşağı və təhlükəli səviyyədədir»

Politoloq Zərdüşt Əlizadə düşünür ki, sanksiyaların təsdiqi strateji baxımdan Azərbaycanın xeyrinədir. Yəni dünyada avtoritar, qeyri-demokratik dövlətlərə qarşı təzyiqlər, basqılar güclənirsə Azərbaycan hakimiyyəti də bundan özünə pay götürəcək. O ki, qaldı Azərbaycanın xarici siyasətinə, Zərdüşt Əlizadə bu istiqamətdə bir dəyişiklik gözləmir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Xarici siyasət daxili siyasətin davamıdır. Azərbaycanın siyasəti odur ki, Əliyev rejimi Azərbaycan üzərində hökmranlığı qalsın. Buna görə də Azərbaycan siyasəti elə olduğu kimi də qalacaq. Zəifləməkdə olan Rusiya ilə əlaqələri saxlayacaq, ABŞ-la da həmçinin. Heç vaxt qəti şəkildə seçim edib kimsənin tərəfinə keçməyəcək”.

Avqustun 2-də ABŞ prezidenti Donald Trump-ın imzaladığı sanksiyalar paketi Qərb şirkətlərinin Rusiyada biznes qurmasını əngəlləyəcək. Rusiyanın enerji şirkətlərinə yeni sanksiyalar bu ölkənin ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə qoyulur. Daha bir səbəb Moskvanın Ukraynanın Krım vilayətini ilhaq etməsidir.

Buna da bax: Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

Millət vəkili Fazil Mustafa düşünür ki, Rusiyaya qoyulan sanksiyaların Azərbaycana da ciddi təsiri olacaq:

“Düzdür sanksiyanın bizim regiona müsbət təsiri də olacaq, özəlliklə, əvvəllər Avropadan aldığı kənd təsərrüfat məhsullarını Cənubi Qafqaz ölkələrindən alacaq. Amma ümumilikdə Rusiyanın gəlirlərinin azalması, iqtisadiyyatının zəifləməsi bütün postsovet, özəlliklə də Avropa Birliyinə daxil olmayan ölkələrə ciddi şəkildə mənfi təsir göstərəcək”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

Sənədə görə sanksiyaların əhatə edəcəyi konkret siyahını ABŞ-ın Maliyyə Nazirliyi təsdiqləyəcək. Bu siyahıya neft layihələri, maliyyə institutları və digər sahələr də düşə bilər. Həmin siyahıda dəqiqləşəcək qurum və şəxslərə bank xidmətləri, mal alınması, kredit verilməsi qadağan edilə bilər. Sanksiyaların əhatəsinə Rusiyanın Avropaya qaz ixracını nəzərdə tutan “Şimal Axını 2” layihəsi də düşə bilər.

O halda Avropanın Azərbaycan qazına marağı arta bilərmi?

Buna da bax:​ Trump Rusiyaya qarşı sanksiyaları imzaladı (Yenilənir)

Zərdüşt Əlizadə düşünür ki, bunun Azərbaycana ciddi təsiri olmayacaq. Çünki Şimal axınında söhbət 200 milyard kub metr qazdan gedir, Azərbaycan qazı isə maksimum 10 milyard kub metr ola bilər.

Deputat Fazil Mustafa isə hesab edir ki, Rusiyanın enerji sektoruna sanksiyalar Avropada Azərbaycan qazına tələbatı artıracaq. Lakin əlavə edir ki, bu zaman Rusiya öz bazarına digər ölkələrin girməsinə maneə ola bilər:

“Rusiyanın bunu əngəlləmək üçün resursları var. Supsa xəttinin bir hissəsinin Osetiya separatçıları tərəfindən nəzarətə götürməsi bir təhdiddir. İstənilən vaxt orada hansısa təxribatlar ola bilər”.

Bu sanksiyalar həm də dünyada digər ölkələrə təhlükənin qarşısını almaq mahiyyəti daşıyır.

Buna da bax:​ ABŞ-Rusiya diplomatik böhranı birinci dəfə deyil...

Biz Bakı sakinlərinin də fikirlərini öyrənmişik, onlardan soruşmuşuq ki, sizcə, dünyada sülhə ən çox təhlükə törədən dövlət hansıdır?

Dünyada sülhə ən çox təhlükə törədən dövlət hansıdı?
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00

ABŞ prezidenti Donald Trump öz tvitter hesabında yazıb ki, Amerika ilə Rusiyanın münasibətləri ən aşağı və təhlükəli səviyyədədir. Bu cür durumun yaranmasında Trump Konqresi suçlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG